1 aprel 2011 01:54
Belçika millimizlə oyuna görə texniki məğlubiyyət ala bilər
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da doğma meydanda Azərbaycan millisi üzərində 4:1 hesablı qələbə qazanan Belçika yığması texniki məğlubiyyət ala bilər. Azerisport.az xəbər verir ki, belə bir qərar UEFA-nın İntizam Komitəsinin qarşıdakı günlərə nəzərdə tutulan iclasında qəbul edilə bilər.
Qeyd edək ki, buna səbəb Belçika – Azərbaycan matçı öncəsi təxminən 5000 biletin bayırda qalan azarkeşlərə pulsuz paylanmasıdı. Bu isə, qitə futbol qurumunun qanunlarına ziddi.
