1 aprel 2011 14:41
UEFA və FİFA Bosniya-Herseqovinanı beynəlxalq yarışlardan sildi
UEFA və FİFA gözlənilən, amma bir o qədər də şok olacaq qərar açıqlayıb. Azerisport.az xəbər verir ki, qitə və dünya futbol qurumu Bosniya-Herseqovinanı beynəlxalq yarışlardan kənarlaşdırıb.
Üç ayrı federasiya prezidenti ilə idarə olunan və FIFA ilə UEFA-nın ciddi xəbərdarlıqlarına rəğmən bu problemi aradan qaldırmayan Bosniya hersoqluğu sonunda sərt cəzalandırılıb. Nəticədə hər iki beynəlxalq futbol qurumu bu ölkəni bayraqları altında keçirilən yarışlarda iştirakdan məhrum edib.
UEFA İntizam Komitəsi bu federasiyaya ən qısa zamanda lazımı addımların atılaraq, futbol ailəsinə geri dönüşü üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, Edin Dzeko və daha bir neçə ünlü oyunçunun heyətində yer aldığı Bosniya-Herseqovina millisi AÇ-2012-nin seçmə mərhələsində D qrupunda yer alırdı. Onlar 4 matçdan sonra 7 xalla 5-ci pillədə qərarlaşmışdı. Sözügedən qərar isə bosniyalıların qrupdakı oyunlarının da təxirə salınmasına səbəb olub.
Qeyd edək ki, vaxtilə Azərbaycan da oxşar cəzaya layiq görülüb.
