1 aprel 2011 16:27
Premyer Liqanın 25-ci turuna təyinatlar açıqlandı
Premyer Liqanın həftəsonu baş tutacaq 25-ci turuna təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, bir həftəlik fasilədən sonra baş tutacaq tur üçün təyinatlar sadəcə AFFA nümayəndələri və hakim-inspektorlardan ibarətdi.
Yəni, ötən turdan etibarən hakimləri gizli saxlamağa və son anda açıqlamağa üstünlük verən Hakimlər Komitəsi bu dəfə də ənənəsinə sadiq qalıb. Güman ki, bu turun da hakim təyinatları sadəcə oyunlara qısa vaxt qalmış açıqlanacaq.
Premyer Liqa
25-ci tur
2 aprel (şənbə)
MOİK - Muğan
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00
Qəbələ - Gəncə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asif Namazov
Qəbələ şəhər stadionu. Saat 15:00
Bakı - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
3 aprel (bazar)
Simurq - Turan
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zaqatala. Şəhər stadionu. Saat 15:00.
AZAL - İnter
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əmir Zamanov
Bakı. "Şəfa" stadionu. Saat 16:00
Neftçi - Qarabağ
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00
