1 aprel 2011 16:45

0:8-in memarı: Futbol ictimaiyyətindən üzr istəyirəm

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert müsahibə verib. Azerisport.az xəbər verir ki, bu günlərdə keçirilən İspaniyadakı turnirdə rusiyalı həmyaşıdlarına 8 cavabsız qolla uduzan komandamızın çalışdırıcısı bunları dilə gətirib:
 
- İspaniyada keçirilən təlim-məşq toplanışı barədə məlumat verməyinizi istərdik…
- Başlanğıc çox yaxşı idi. Sözsüz, oyun qrafiki ilə əlaqədar olaraq çox məşq keçə bilmədik. Hazırlığın məqsədi komandaya yeni oyunçular qazandırmaq idi. Eyni zamanda, gələcəkdə milli komandaya xeyir verə biləcək futbolçuları da müəyyənləşdirmək istəyirdik. Bir həftə ərzində 3 oyun keçirmək bizim uşaqlar üçün böyük yüklənmə idi. Bütün bunların fonunda səhvlərimizin qaynağını təsbit etdik. Futbolçuların hazırlıq səviyyəsini əyani şəkildə gördük.
 
- Üç yoldaşlıq oyunu keçirdiniz. Onlardan ikisində qələbə qazansanız da, Rusiya yığmasına böyük hesabla məğlub oldunuz. Ardıcıl qələbələrdən sonra bu cür məğlubiyyətin səbəbi nə idi?
- Rusiya yığması ilə oyundan əvvəl uşaqların əvvəlki kimi gümrah olmadığını gördüm. Futbolçularda yorğunluq var idi. Bütün komponentlərdə rəqibdən geri qalırdıq.  Fiziki, texniki, topla davranış, mövqelərdə spesifik şəkildə oynamaq baxımından onlarla bacarmadıq. Bunun bir neçə izahı var. Heyətimizdə yer alan 22 futbolçunun statistikasını aparmışdıq. Məlum oldu ki, bu 22 futbolçu son 3 ayda Premyer Liqada hamısı bir yerdə cəmi 26 görüşdə meydana çıxıb. Bu onların hansı səviyyədə oyun təcrübəsinə malik olduğunu göstərir. Yəni həmin oyunçular yüksək səviyyədə nəsə etməyə vərdiş etməyiblər. Üçüncü səbəb isə bu gün U-21-də oynamalı olan 1990-cı və 1991-ci il təvəllüdlü uşaqlar yox dərəcəsindədir. Məcburuq ki, daha kiçik təvəllüdlü oyunçuları heyətə cəlb edək. Ortalama götürsək, ruslardan 1 yaş cavan idik. Həm də əlimizdə kifayət qədər istedadlı futbolçu yoxdur ki, komandada rəqabəti artıraq. Bunlar əsas səbəblərdir. Amma istənilən halda bu nəticəyə görə futbol ictimaiyyətindən üzr istəyirəm. Oyundan əvvəl uşaqlara demişdik ki, hər kəs öz ləyaqətinə görə çıxıb oynamalıdır. Ancaq ölkəni təmsil etmək üçün bu da yetərli olmadı.
 
- Seçmə oyunlardakı rəqiblərimiz heç də zəif komandalar deyil. Üstəlik, ardıcıl iki səfər oyunu olacaq. Yol yorğunluğu nəzərə alınmalıdır. Bütün bu olanların fonunda nə düşünürsünüz, hansı addımlar atacaqsınız?
- Səhvlərimiz üzərində işləyəcəyik. Hansı nəticədən asılı olmayaraq, təsbit etdiyimiz səhvləri aradan qaldırmaq üçün məşqlər edəcəyik. Rəsmi oyunlar zamanı yol yorğunluğundan qaçmaq üçün komandanı 10 gün əvvəl Avropada təlim-məşq toplanışına aparacağıq. Çalışacağıq ki, qarşıdakı vaxt ərzində seleksiya işlərini gücləndirək. Avropa ölkələrində çıxış edən Azərbaycan əsilli futbolçuların tapılıb komandaya cəlb edilməsinə çalışacağıq.
 
- Cari ildə artıq ikinci təlim-məşq toplanışını keçirdiniz. Birinci ilə müqayisədə hansı dəyişikliyi sezdiniz?
- İlk iki oyunda müsbət dəyişikliyin olduğunu düşünürdüm. Ancaq Rusiya ilə qarşılaşmadan sonra yenidən geriyə qayıtdıq.
 
- Növbəti toplanış nə vaxt keçiriləcək?
- Aprelın 18-də futbolçuların fiziki durumunu yoxlamaq üçün laktak testi götürəcəyik. Ardınca isə Bakıda qısamüddətli toplanış olacaq. Mayda da burada bir araya gələcəyik. Təlim-məşq toplanışının sonunda Moldova U-21-i ilə yoldaşlıq oyunu keçirəcəyik.
 
Mənbə: AFFA

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.