1 aprel 2011 19:38
Twente öz oyunçusu olan Vaqif Cavadovu unutdu
Hollandiyanın “Twente” klubu ona məxsus olan azərbaycanlı futbolçu Vaqif Cavadovu yaddan çıxarıb. Azerisport.az xəbər verir ki, Enshede təmsilçisinin rəsmi saytı milli komandalarının heyətində oyun keçirən yetirmələrinin çıxışından yazsa da, həmyerlimizi yada salmayıb.
Halbuki, “Twente”nin rəsmi saytı hətta Belçika – Azərbaycan görüşündən danışaraq, bu oyunda forma geyən digər futbolçusu Naser Çadlidən də yazıb. Lakin həmin qarşılaşmada Çadliyə qarşı çıxış etmiş Vaqif haqda bir cümlə də yazılmayıb.
Maraq üçün xatırladaq ki, millimizin hücumçusu hazırda “Bakı”da məhz icarə əsasında çıxış edir. Onun müqavilə huquqları isə “Twente”yə məxsusdu.
