1 aprel 2011 11:35

Cəmşid Məhərrəmov: Avrokuboklara vəsiqə qazanmağa borcluyuq

“Bakı”nın və milli komandamızın müdafiəçisi Cəmşid Məhərrəmov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin Belçikaya qarşı seçmə oyunundan və qarşıdakı “Xəzər Lənkəran”la qarşılaşmalarından danışıb.
 
- Belçika yığmasına qarşı oyunumuzu necə qiymətləndirirsiz?
- Gözlədiyimiz kimi, çətin oyun oldu. Siz də görürdüz və bilirdiz ki, rəqib güclüdü. Öz səhvlərimizdən qollar buraxdıq. Sözün düzü böyük hesablı məğlubiyyət gözləmirdik. Belçikalılar iki qolu standart vəziyyətdən vurdular. Ancaq istənilən halda belə hesabla uduzmaq gözlənilməz oldu. Biz öz səhvlərimizi başa düşürük. Artıq belçikalılarla cavab oyununda biz bu səhvləri buraxmayacağıq və qələbə qazana biləcəyik.
 
- Necə hesab edirsiz, komandamızın oyun planında dəyişikliklərə ehtiyac varmı?
- Bilirsiz, bu, mənim işim deyil. Bu qərarı baş məşqçi verir ki, biz də ona hörmətlə yanaşırıq. Daha doğrusu, bütün səhvləri, çatışmazlıqları, dəyişiklikləri komandamızın çalışdırıcısı bilir. Bizim üçün başlıcası meydana çıxıb, qələbə qazanmaqdı. Düzdü, Belçikada bu, alınmadı. Amma qarşıda Qazaxıstanla səfər oyunu var ki, biz ordan 3 xalla dönməyi planlaşdırırıq.
 
- Sizcə, Qazaxıstanla oyunda komandamızın səfər sindromu problem yaratmayacaq?
- Əgər qazaxlarla bizi müqayisə eləsək, onların bizi nədəsə üstələdiyini demək olmaz. Buna görə də, mən inanıram ki, ordan qələbə ilə qayıtmağı bacaracağıq.
 
- Bu yaxınlarda bir qazax oyunçu Azərbaycan yığmasını “parça-parça edəcəklərini” deyib...
- Çox şey deyə bilərlər. Bunu həyata keçirmək isə başqa məsələdi. Amma hər şeyin necə olacağını ancaq matça görə bilərik.
 
- Belçika ilə oyunda cinah müdafiəçilərimiz elə də uğurlu oynamadı. Sizcə, onlardan daha yaxşı çıxış edə bilərdiz?
- Mən bu oyunda meydana çıxmadım. Buna görə də, mənim necə oynaya biləcəyim haqda nəsə deməyim düz olmazdı. Kimin yaxşı, kimin pis olduğuna da siz və azarkeşlər qiymət verir. Amma bu oyunda təkcə cinahlar zəif oynamadı. Bu, futboldu. Hər şey olur. İndi qarşıya baxmaq lazımdı.
 
- Siz yığmanın heyətində olanda “Bakı” da Türkiyədə hazırlıq keçdi...
- Belçikadan qayıdan kimi mən də “Bakı”nın hazırlıqlarına qatılmışam. “Xəzər Lənkəran”la oyuna hazırlaşırıq.
 
- Lənkəranlılarla görüşdən nə gözləyirsiz?
- Əlbəttə, qələbə gözləyirəm. Təəssüf ki, sarı vərəqə limiti üzündən mən bu qarşılaşmada forma geyə bilməyəcəm. Amma fikrimcə, bütün oyunçular əllərindən gələni edəcəklər ki, cənublular üzərində qələbə qazanaq.
 
- Sizcə, XL-ın heyətində kim daha təhlükəlidi?
- Mən kimisə xüsusi vurğulamaq istəməzdim. Axı futbol komanda oyunudu. Sadəcə onu deyə bilərəm ki, onların bütün futbolçuları yaxşıdı. Ancaq “Bakı”dakılar daha yaxşıdı.
 
- Çempionluq şanslarınızı necə dəyərləndirirsiz?
- Futbolda hərdən inanılmaz şeylər olur. Əgər bəxtimiz gətirsə, çox şey mümkündü. Hazırda biz daha çox kubok oyunlarına köklənmişik. Biz həmin turnirdə qalib olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.
 
- Deməli, əsas vəzifə avrokuboklara vəsiqədi?
- Bəli, bu, bizim əsas məqsədimizdi. Avrokuboklara vəsiqə qazanmağa borcluyuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.