1 aprel 2011 12:07
Qarabağ`dan 27 pilləlik irəliləyiş
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, reytinq cədvəlində Azərbaycan həmişəki kimi bir təmsilçisi ilə yer alır ki, bu da “Qarabağ”dı.
Təxminən 400 klubun yer aldığı siyahıya həmişəki kimi İtaliyanın “İnter” klubu başçılıq edir. Onu isə iki İspaniya klubu – “Barcelona” və “Real” izləyir.
Yeganə Azərbaycan təmsilçisi olan Ağdam klubu isə siyahıda 27 pillə irəliləyişə nail olaraq, 218-ci yerə qalxıb. Ötən ay 245-ci olan “Qarabağ”ın hesabında hazırda 81,5 xal var.
1. (1.) Inter (İtaliya) 292,0
2. (2.) Barcelona (İspaniya) 290,0
3. (3.) Real (İspaniya) 264,0
4. (9.) Porto (Portuqaliya) 245,0
5. (5.) Internacional (Braziliya) 238,0
6. (6.) Manchester United (İngiltərə) 237,0
7. (4.) Bayern (Münhen, Almaniya) 236,0
8. (11.) Zenit (Rusiya) 230,0
9. (7.) Estudiantes (Argentina) 227,0
10. (14.) Villarreal (İspaniya) 224,0
