1 aprel 2011 00:21
Qarabağ`ın oynadığı arenada terror təhlükəsi
Almaniya Bundesliqasında bu mövsüm çempionluğa oynayan Dortmund “Borussia”sı böyük faciədən qurtulub. Azerisport.az xəbər verir ki, Türkiyə yığmasının üzvü Nuri Şahinin də heyətində yer aldığı bu klubun stadionu “Siqnal İduna Park” partladıla bilərmiş.
Dortmundlular adi qaydada Bundesliqanın növbəti turunun “Hannover”lə oyununa hazırlaşdığı bir arada Almaniya polisi sözügedən arenanın yaxınlığında bomba quraşdırıldığı haqda xəbər alıb. Dərhal fəaliyyətə keçən polis həqiqətən də bomba aşkarlayıb və böyük bir təhlükənin qarşısını alıb.
Verilən ilkin məlumata görə, bu hadisənin təşkilatçısı almandı və o, çirkin niyyətini həftəsonu baş tutacaq “Hannover”lə oyun günü gerçəkləşdirmək istəyirmiş. Bomba ilə yanaşı stadion ətrafından bir sıra silah və başqa partlayıcı maddələr də tapılıb.
Maraq üçün qeyd edək ki, yayda “Qarabağ” da Avropa Liqası çərçivəsində “Borussia” ilə bu möhtəşəm arenada qarşılaşmışdı. Vaxtilə “Westfalenstadium” adlanan, hazırki “Siqnal Uduna Park”ın 80 720 azarkeş tutumuna malik olduğunu da vurğulayaq. Hansı ki, hər oyunda arena demək olur ki, tam dolur.
