1 aprel 2011 12:41
Türklər Azərbaycandan 3 xalı ciblərində hiss edir
AÇ-2012-nin seçmə mərhələsində yığmamızla eyni qrupda yer alan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddinkin əsas köməkçisi Oğuz Çətin mətbuata açıqlamasında A qrupundakı hazırkı durumu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Bakıda oyunu yada salmaqla yanaşı, komandamızın da şanslarına toxunub:
“Belçika ilə səfərdəki matçımız tamam yaxud davam görüşü olmayacaq. Hesablarımıza görə oradan alacağımız bərabərlik də bizim önümüzü açar. Bu anda onların 4, bizim isə 5 matçımız qaldı. Belçika indi 10 xaldadı, biz isə 9.Onlar Qazaxıstan və Azərbaycan matçlarını qazansa, xalları 16 olacaq. Almaniyaya yenilsələr belə bizi də məğlub etdiklərini düşünsələr, 19 xalla bitirəcəklər. Biz isə evdə Qazaxıstan və Azərbaycan ilə oynayacağıq. Bunları qazanıb Belçika ilə də bərabərə qalsaq, onlar 17 xalla bitirəcəklər. Bu isə bizə sərf edəcək. Çünki bizim Almaniya və Avstriya ilə də matçlarımız var. Yəni həmin oyunlarda uduzmasaq, bizə yetər”.
