2 aprel 2011 13:56
Yığmamız Avstriya klubuna qalib gələ bilmədi
Avstriyanın Vyana şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması “ASK Erlaa” komandası ilə yoldaşıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Yığmamızın heyətində Şəfəq Nəsirova və Aliyə Vəliyeva fərqlənib.
