2 aprel 2011 14:23
Hakimlər Komitəsinin ikili yanaşması və gülməli qərarları davam edir
Ötən turdan etibarən Premyer Liqa oyunlarına hakim təyinatlarını öncədən açıqlamayan Peşəkar Futbol Liqası nəhayət bir oyunun hakimlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, bu gün saat 15:00-da başlayacaq “Qəbələ” – “Gəncə” oyununu idarə edəcək hakimlərin adları qarşılaşmanın startına 1 saat qalmış açıqlanıb.
Lakin maraqlıdı ki, eyni saatda başlayacaq MOİK – “Muğan” qarşılaşmasının ədalət təmsilçiləri gizli saxlanılır. Belə ikili yanaşmanın və Hakimlər Komitəsinin gülməli qərarlarının nə dərəcədə vacib olub-olmadığına isə, yaxşı olardı ki, siz qərar verəsiz.
2 aprel (şənbə)
Qəbələ - Gəncə
Hakimlər: Rahim Həsənov, İsgəndər Əliyev, Coşqun Həsənov, Elvin Əsgərov
Qəbələ. Şəhər stadionu. Saat 15:00
