2 aprel 2011 14:38
Rövnəq Abdullayev: Biz də millinin oyunundan narazıyıq
Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) prezidenti milli komandanın oyunundan narazı qaldığını bildirib. Azerisport.az xəbər verir ki, bu gün jurnalistlərə açıqlama verən AFFA prezidenti Rövnəq Abdullayev bunları dilə gətirib:
"Biz də millinin oyunundan narazıyıq və çalışırıq ki, milliyə yeni gənc oyunçular cəlb edək.
O qeyd edib ki, ölkədə 13 yaşından başlayaraq hər yaş qrupunda futbolçular hazırlanır. Lakin Abdullayev hesab edir ki, futbol azarkeşləri millini dəstəkləməlidi: "Türkiyə üzərində qələbə qazananda Berti Foqtsa qəhrəman deyirdilər, indi onu "xalq düşməni" etmək olmaz. Gəlin millimizi hər zaman dəstəkləyək".
Onun sözlərinə görə, Belçika ilə səfər oyununa AFFA 500 ədəd bilet aldı, lakin heç 100 nəfər oyuna baxmağa getmədi.
Abdullayev azərbaycanlı azarkeşlərə bu məsələdə Almaniya və Belçikadan örnək götürməyi tövsiyə edib.
Avropa Çempionatının seçmə mərhələsində keçirdiyi 4 görüşdən 3-də məğlub olub birində qələbə qazanan Azərbaycanın futbol üzrə milli komandası cəmi 3 xal toplayıb (Trend).
