2 aprel 2011 15:39
Matç başlayandan sonra açıqlanan təyinat
Premyer Liqanın daha bir oyununa hakim təyinatı açıqlanıb. Azerisport.az xəbər verir ki, MOİK - "Muğan" oyununa hakim təyinatı matç başlayandan sonra açıqlandı.
Belə ki, eyni saatda (15:00) başlayan “Qəbələ” – “Gəncə” matçına təyinatı həmin qarşılaşmadan bir saat öncə açıqlayan Peşəkar Futbol Liqası bu qarşılaşma üçün təyinatları isə qarşılaşmanın startından 15 dəqiqə sonra yaydı. Bunun konkret səbəblərini bilməsək də, hər halda kifayət qədər anormal hal olduğunu vurğulamağa borcluyuq.
İndi maraqlıdı, görəsən, “Bakı” - “Xəzər Lənkəran” matçına təyinat nə vaxt açıqlanacaq? Qarşılaşma başa çatandan sonra?
MOİK - Muğan
Hakimlər: Fuad Həsənov, Aydın Ələkbərov, Samir Hacıyev, Teymur Fərhadov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
