2 aprel 2011 17:35
Mehman Allahverdiyev debüt matçından danışdı
Premyer Liqanın 25-ci turunda Qəbələyə səfər edən “Gəncə” yerli “Qəbələ” ilə oyunda 1:1 hesablı heç-heçəyə nail oldu. Azerisport.az xəbər verir ki, bu görüşdə komandasıyla debüt matçına çıxan qonaqların yeni baş məşqçisi Mehman Allahverdiyev ilk oyunlar bağlı bunları dilə gətirib:
“Oyun bərabər səviyyədə keçdi, maraqlı qarşılaşma oldu. Futbolçularımı bu nəticə münasibətilə təbrik edirəm. Komandam neçə oyun idi ki, fərqlənə bilmirdi. "Qəbələ" ilə buna qədər keçirilən hər iki oyunda da qolsuz heç-heçə olmuşdu”.
