2 aprel 2011 17:41
Toni Adams: Standart vəziyyətlərdən qol buraxırıq
"Qəbələ"nin baş məşqçisi Toni Adams Premyer Liqanın 25-ci turunun “Gəncə” ilə ev oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, britaniyalı mütəxəssis dogma meydanda qeydə alınan 1:1 hesablı heç-heçəni belə şərh edib:
"Həmkarımı (Mehman Allahverdiyevi nəzərdə tutur – red.) "Gəncə" komandasına baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. İkinci altılıq oyunu olmasına baxmayaraq, gərgin mübarizənin şahidi olduq. Komandamız standart vəziyyətlərdən qol buraxır. Qol buraxanadək üstün oyun göstərdik”.
