2 aprel 2011 18:36
Komandaları xal itirdi, baş məşqçilər hakimi təriflədi
Premyer Liqanın 25-ci turunun MOİK - Muğan qarşılaşması qolsuz heç-heçə ilə başa çatdı - 0:0. Azerisport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçilər öz fikirlərini açıqlayıblar:
Bəhmən Həsənov, "Muğan"ın məşqçisi: "Maraqlı oyun alındı. Bura 3 xal üçün gəlmişdik, təəssüf ki, 2 xal itirdik. MOİK çox yaxşı oyun göstərdi. Oyunun baş hakimi gənc olmasına baxmayaraq, oyunu yaxşı idarə etdi. Çətin olsa da, MOİK-in Premyer Liqada qalmasını istərdim. MOİK-ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Ramil Əliyev, MOİK-in baş məşqçisi: "Həqiqətən də, gözəl oyunun şahidi olduq. "Muğan"ın güclü və zəif cəhətlərini öyrənmişdik. Hər iki komanda bu gün yaxşı oynadı. "Muğan" azlıqda qaldıqdan sonra onların qapısında qol epizodu yarada bilmədik. Hakim oyunu çox yaxşı idarə etdi. Gənc hakimlərin belə oyunlarda təcrübə toplaması yaxşı haldır. "Muğan" klubuna uğurlar arzulayıram".
