2 aprel 2011 20:34
Mirça Rednik: Başa düşmürəm, hakim bizim qolu niyə hesaba almadı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 25-ci turunun “Bakı” ilə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis səfərdə qeydə alınan 0:0 hesablı heç-heçəni belə dəyərləndirib:
“Komandam qalib gəlməyə borclu idi. Rəqibdən daha yaxşı oynasaq da, bəxtimiz gətirmədi. Başa düşmürəm, hakim bizim qolumuzu niyə hesaba almadı. Həmçinin “Bakı”nın qapıçısını da xüsusi qeyd etmək istərdim. O, bu gün əla oynadı. Firkimcə, bu matçda qazanılan bir xal bizim çempionluq mübarizəmizi davam etdirməyimizə imkan verəcək”.
