2 aprel 2011 20:57
Aleksandr Starkov: Heç-heçə pis nəticə deyil
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 25-ci turunun “Xəzər Lənkəran”la ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, latviyalı mütəxəssis cənub təmsilçisi ilə qolsuz heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Birinci hissədə qol vura bilərdik. Bütövlükdə, ilk yarı bərabər səviyyədə keçdi. Ancaq ikinci hissədə XL üstünlüyü öz əlinə ala bildi. Mənim daha çox Bəxtiyar Soltanovun oyunu xoşuma gəldi. Düşünürəm ki, 0:0 heç də pis nəticə deyil”.
