2 aprel 2011 19:54
Bakı XL-nı yenə 3 xaldan məhrum etdi (YENİLƏNİB)
Bu gün Premyer Liqada bir həftəlik fasilədən sonra 25-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
İlk oyun günündə diqqətlər daha çox paytaxtda baş tutacaq “Bakı” – “Xəzər Lənkəran” görüşünə yönəlib. Çünki “zolaqlılar” cənub təmsilçisindən yenə xal ala bilsə, rəqibinin çempionluq şanslarını xeyli azalda bilərdi. Cənublular isə “Neftçi”nin bu tur “Qarabağ”la görüşdə xal itkisinin mümkünlüyünü nəzərə alıb, bundan maksimum yararlanmaq istəyində idi. Lakin sonda tərəflər xal bölgüsünə razılaşdılar ki, bu da tərəflərin cari mövsümkü üçüncü duelində üçüncü heç-heçə idi.
Premyer Liqa
25-ci tur
2 aprel
BAKI - XƏZƏR LƏNKƏRAN - 0:0 (0:0)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oyun başladı
Hər iki komanda hücumlar təşkil etməyə çalışsa da, qapılar qarşısında real təhlükə yaranmayıb
XL-dan təhlükəli hücum...Amma Şarliya komandasını qoldan xilas edir
"Bakı"nın cavab hücumu künc zərbəsi ilə nəticələnir. Lakin korner zamanı Roşanın zərbəsi müdafiəçidən geri dönür
Jaba və Əziz Quliyevin zərbələri Kamran Ağayev üçün ciddi təhlükə yaratmır
Tərəflər daha çox mövqe mübarizəsinə üstünlük verdiyindən real qol vəziyyətləri demək olar ki, yoxdu
Starkovun bu oyunda start heyətində meydana buraxdığı Bəxtiyar Soltanovun baş zərbəsi zamanı Ağayev XL-ı qoldan xilas edir
Adrian Pit demək olar ki, 11 metrlik nöqtə üstündən qüvvətli zərbə endirsə də, Şarliya inanılmaz seyv edərək "Bakı"nı qoldan xilas edir
Pitdən daha bir qüvvətli zərbə. Lakin bu dəfə top qapının azca yanından keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
XL 2-ci hissəyə əvəzləmə ilə başlayır. Opara və Rahid Əmirquliyev müvafiq olaraq İbrahim Banqura və Dieqo Souzanı əvəzləyir
Parks topu tora qovuşdursa da, hakim buna qədər qayda pozuntusu qeydə alır
XL 2-ci hissəyə daha fəal başlayıb. Öncə Şarliya komandasının qoldan xilas edir. Digər epizodda isə Opara dəqiq oynamır
"Bakı"da əvəzləmə: Adnan Bərəkəti İbrahim Karqbo əvəzləyir
XL təzyiqi artırsa da "Bakı" Şarliyanın da inamlı oyunu sayəsində əla müdafiə olunur
Şarliya Oparanın zərbəsini son anda kornerə çıxardı
XL-da Xristu Kyakunu Katalin Doman əvəzləyir
Ernad Skuliçlə Adrian Pit top uğrunda mübarizə zamanı zədələnirlər. Hər ikisi meydanın kənarına çıxarılır
Starkov ehtiyatda saxladığı Vaqif Cavadovu Leonardo Roşanın əvəzində meydana buraxır
Skuliçin zədəsi ciddi olur və o, Ruslan Leviqa ilə əvəzlənir
XL-ın uzaqdan cərimə zərbəsini Şarliya dəf edir
Beqirinin cərimə zərbəsi yan keçir
XL-ın təzyiqləri bəhrə vermir
Künc zərbəsi zamanı topu qəbul edən Elnur Allahverdiyev hiyləgər zərbə ilə topu tirin altına yollamaq istəsə də, tir "Bakı"nı qoldan xilas edir
Matç başa çatdı
MOİK – MUĞAN - 0:0 (0:0)
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
MOİK qonaqların qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da, qapıçı inamlı oynayır
Qonaqların heyətində Pandevin zərbəsi qapının yanından keçir
Oyuna daha çox qonaqlar nəzarət etsə də, hesabı aça bilmirlər
Tərəflərin bütün səylərinə rəğmən ilk yarı qolsuz başa çatır
İkinci hissə başladı
"Muğan" hücumlarını davam etdirsə də, bəhrəsizdi
Pandevin cərimə zərbəsi də qolu gətirmir
MOİK də arabir hücumlar təşkil etməsinə rəğmən, qarşılaşma qolsuz -heç-heçəyə doğru gedir
"Muğan"ın hücumçusu Anxel Qutyerres 80-ci dəqiqədə 2-ci sarı vərəqə alararaq, meydandan qovulur
Matç qolsuz heç-heçə ilə başa çatır
QƏBƏLƏ - GƏNCƏ - 1:1 (1:0)
Qol: M.Hüseynov, 26 (1:0), J.Suares, 56 (1:1)
Qəbələ. Şəhər stadionu.
Oyun başladı
Meydan sahiblərinin heyətində Torresin əla asmasını Murad Hüseynov qapıya göndərə bilmir
"Gəncə"nin hücumçusu Suares rəqib qapıçının irəli çıxdığını görüb uzaqdan zərbə ilə şansını yoxlamaq istəsə də, dəqiq olmadı
Doroşev meydan sahiblərini böyük təhlükədən xilas edir və Qrebisin fərqlənməsinə imkan vermir
"Qəbələ"nin müdafiəçisi Baranin kobud oyuna görə sarı vərəqə alır
Meydan sahiblərinin hücumçusu Murad Hüseynov başla dəqiq oynayaraq hesabı açır - 1:0
Qoldan sonra da əsasən meydan sahiblərinin üstünlüyü diqqət çəkir
Birinci hissə başa çatır
İkinci hissə başladı
Stiv Olfers də kobud oyuna görə sarı vərəqə alır
"Gəncə"nin ikinci hissədəki fəallığı nəticəsini verdi. Cərimə zərbəsi zamanı Suares başla topu tora qovuşdurur - 1:1
"Gəncə" hesabda önə də keçə bilərdi. Lakin nə Qrebis, nə də Suares əlverişli vəziyyətdən yararlana bilir
Zurab Dzamsaşvili İsayevi kobudluqla dayandırdığına görə sarı vərəqə alır
"Qəbələ"də İsayevi Subaşiç, Torresi isə A.Kamara əvəzləyir
"Gəncə"də zədələnən Samir Zərgərovu Ramazan Abbasov əvəzləyir
"Qəbələ" qələbə qolunu vurmaq üçün bütün qüvvəylə irəli atılsa da, nəticəsizdi
"Gəncə"də Vüsal Hüseynovu Sabir Allahquliyev əvəzləyir
"Qəbələ"də Qoqa Beraya da kobud oyuna görə sarı vərəqə alır
"Gəncə"də Suaresi Asəf Qədiri əvəzləyir
Murad Hüseynov dubla imza atmaq üçün əla şansa malik olsa da, yararlana bilmir
Matç başa çatır
Hesabat turunun qalan 3 görüşü isə sabah keçiriləcək: 3 aprel - Simurq – Turan, AZAL – İnter, Neftçi – Qarabağ.
|
1
|
Neftçi
|
24
|
15
|
7
|
2
|
42-10
|
52
|
|
2
|
XL
|
25
|
14
|
7
|
4
|
29-14
|
49
|
|
3
|
Qarabağ
|
24
|
15
|
3
|
6
|
33-14
|
48
|
|
4
|
İnter
|
24
|
12
|
5
|
7
|
25-19
|
41
|
|
5
|
AZAL
|
24
|
10
|
9
|
5
|
28-17
|
39
|
|
6
|
Bakı
|
25
|
9
|
8
|
8
|
29-23
|
35
|
|
|
|||||||
|
7
|
Qəbələ
|
25
|
9
|
9
|
7
|
23-17
|
36
|
|
8
|
Muğan
|
25
|
8
|
7
|
10
|
18-26
|
31
|
|
9
|
Gəncə
|
25
|
5
|
10
|
10
|
24-30
|
25
|
|
10
|
Turan
|
24
|
5
|
6
|
13
|
19-35
|
21
|
|
11
|
Simurq
|
24
|
3
|
6
|
15
|
14-37
|
15
|
|
12
|
MOİK
|
25
|
1
|
5
|
19
|
7-49
|
8
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)
9 - Qvidas Yuşka (АZАL)
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)
9 - Qvidas Yuşka (АZАL)
