2 aprel 2011 00:24

Qarabağ üçün zirvədə zəlzələ qoparmaq imkanı

Bu gün Premyer Liqada bir həftəlik fasilədən sonra 25-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun 3 qarşılaşması şənbə, qalan 3-ü isə bazar gününə təsadüf edəcək.
 
Turun şənbə günü keçiriləcək üç oyunundan “Bakı” – “Xəzər Lənkəran” qarşılaşması daha çox maraq kəsb edir. Maraqlıdı ki, ilk altılıqda qərarlaşmış bu komandaların cari mövsümdə keçirilmiş hər iki oyununda 1:1 hesablı heç-heçə qeydə alınıb. Baxmayaraq ki, tərəflər demək olar ki, tam fərqli məqsədlər üçün mübarizə aparır. Hər halda sırf çempionluq üçün oynayan “Xəzər Lənkəran”dan fərqli, “zolaqlılar” sadəcə avrokuboklara düşməyə can atır ki, bu baxımdan da bütün ümidlərini kuboka bağlayıb. Hansı ki, kubokun da yarımfinalında bu komandalar üz-üzə gəlmiş olacaq.
 
24 turdan sonra üçüncü pillədə qərarlaşmış Lənkəran təmsilçisi 6-cı mövqedə olan “Bakı”nı 14 xal qabaqlasa da, hələ də ötən ildən qalmaq qisaslarını ala bilməyib. Əksinə, bu mövsüm qətiyyən özünə bənzəməyən paytaxt klubu hər iki oyunda cənublulardan xal almaqla onlara növbəti zərbə vurub desək, yanılmarıq. Ötən mövsümün sonunda isə bu komanda kubokun finalında qalmaqallı qələbəyə sevinmiş, həmçinin XL-ı çempionluqdan etmişdi. Prinsipial və maraqlı görüş ərəfəsində sadəcə paytaxt komandasında Fabio Luis Ramim, “Xəzər Lənkəran”da isə Elnur Allahverdiyevin zədə səbəbindən oyunu buraxmaq ehtimalının olması təəssüf doğura bilər.

İlk matç gününün digər iki oyununda isə ikinci altılıq komandaları üz-üzə gələcək. Premyer Liqanın son pilləsində qərarlaşmış MOİK Bəhmən Həsənovun rəhbərliyi altında uğurlu çıxışı ilə diqqət çəkən “Muğan”ı qəbul edəcək. Elitadakı yerini qorumaq üçün qarşıdakı bütün oyunlarda qələbə qazanmağın vacib olduğunu anlayan “hərbçilər”in Salyan təmsilçisi ilə oyunda sonadək mübarizə aparacağını gözləmək olar. Qeyd edək ki, MOİK cari mövsümdə ilk və tək qələbəsini 1-ci turda məhz “Muğan” üzərində qazanmışdı. Lakin onların bu dəfə həmin uğuru təkrarlaması elə də inandırıcı görünmür.
 
Qəbələdə eyniadlı komandanın qonağı olacaq “Gəncə” üçün oyun əlamətdar olacaq. Belə ki, ötən tur doğma meydanda “Simurq”a məğlub olan bu komanda ikinci altılığın lideri ilə oyuna yeni baş məşqçi – Mehman Allahverdiyevin rəhbərliyi altında çıxacaq. Komandalar arasında təsnifat mərhələsində keçirilən hər iki oyun qolsuz heç-heçə ilə nəticələndiyindən “Qəbələ” – “Gəncə” oyununun maraqlı idman mübarizəsi şəraitində keçəcəyini proqnozlaşdırmaq olar. Qeyd edək ki, şənbə günü keçiriləcək oyuna komandalar itkilərlə çıxacaq. “Gəncə”dən Ceyhun Sultanov, Patris Nukeu və Şahin Kərimov, “Qəbələ”dən isə Nodar Məmmədov cəzalı olduqları üçün bu oyunda iştirak edə bilməyəcəklər.
 
Hesabat turunun digər üç oyunu isə bazar günü keçiriləcək. Öncə ikinci altılıqda qonşu pillələrdə qərarlaşmış “Simurq” və “Turan”ın oyununu qeyd edək. Turnir cədvəlinin 11-ci  pilləsində qərarlaşmış Zaqatala təmsilçisi doğma meydanda “Turan”a qalib gələcəyi təqdirdə xal fərqini üçə endirərək, Premyer Liqada qalmaq şanslarını artırmış olacaq. Eyni zamanda, Zaqatala səfərində qazanılacaq xallar “Turan”ın turnir cədvəlində mövqeyini möhkəmləndirə və “Simurq”un ümidlərini heçə endirə bilər.
 
Günün digər iki prinsipial qarşılaşması isə paytaxt Bakıda baş tutacaq. Son ölkə çempionu “İnter” turnir cədvəlində ondan iki xal geri qalan AZAL-ın qonağı olacaq. Qeyd edək ki, bu komandalar da ölkə kubokunun yarımfinalında bir-birinə rəqibdi. Cari mövsümdə təsnifat mərhələsində keçirilən görüşlərdə AZAL “İnter”ə məğlub olmayıb. Əksinə, bir görüşdə rəqibini gözlənilməz hesabla (5:0) məğlub edən “təyyarəçilər” digər qarşılaşmada da 1:1 hesablı heç-heçəyə nail olub. Bu dəfə necə olacağını isə zaman göstərəcək.
 
25-ci turun mərkəzi oyunu isə “Neftçi” və “Qarabağ” arasında keçiriləcək. Ard-arda 9 oyunda qalib gəlməyi bacaran Ağdam təmsilçisi Premyer Liqanın lideri olan “Neftçi” ilə xal fərqini 4-ə endirməyi bacarıb. Şəxsi göstəricilərə görə “Xəzər Lənkəran”ı qabaqlayan “Qarabağ” “Neftçi” ilə bərabər Azərabycan çempionatlarında ən çox oyun keçirmiş komandadı. Qurban Qurbanovun komandası lider üzərində də qələbə seriyasını davam etdirə bilsə, aralarındakı xal fərqi minimuma enmiş olacaq və çempionluq mübarizəsi daha da qızışacaq. Əks halda isə intriqa bir qədər də ölə bilər. “Qarabağ”ın turun mərkəzi oyununa tam heyətlə hazırlaşdığı, “Neftçi”nin heyətində isə kapitan Rail Məlikovun həkimlərin nəzarəti altında müalicə aldığı bildirilir.
 
Premyer Liqa
25-ci tur
2 aprel (şənbə)
 
MOİK - Muğan
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:00.
 
Qəbələ - Gəncə
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asif Namazov.
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
 
Bakı - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
 
3 aprel (bazar)
 
Simurq - Turan
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala. Şəhər stadionu. Saat 15:00.
 
AZAL - İnter
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əmir Zamanov.
Bakı. “Şəfa” stadionu. Saat 16:00.
 
Neftçi – Qarabağ
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
 
1
Neftçi
24
15
7
2
42-10
52
2
Qarabağ
24
15
3
6
33-14
48
3
Xəzər Lənkəran
24
14
6
4
29-14
48
4
İnter
24
12
5
7
25-19
41
5
AZAL
24
10
9
5
28-17
39
6
Bakı
24
9
7
8
29-23
34
 
7
Qəbələ
24
9
8
7
22-16
35
8
Muğan
24
8
6
10
18-26
30
9
Gəncə
24
5
9
10
23-29
24
10
Turan
24
5
6
13
19-35
21
11
Simurq
24
3
6
15
14-37
15
12
MOİK
24
1
4
19
7-49
7
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağх)
9 - Qvidas Yuşka (АZАL), Junivan Suares (Gəncə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.