2 aprel 2011 12:36
Qarabağ Neftçi`ylə oyuna 3 itkiylə çıxa bilər
“Qarabağ” artıq “Neftçi”ylə oyuna hazırdı. Azerisport.az xəbər verir ki, sabah Premyer Liqanın finl mərhələsinin 3-cü turunda bakılıların qonağı olacaq komanda son məşqini edərək, oyun saatını gözləyir.
Oyunöncəsi Suraxanı qəsəbə stadionunda 1 saatlıq çalışma yerinə yetirən Qurban Qurbanovun komandası yenidən məskunlaşdığı otelə qayıdıb. Artıq ağdamlılar 2 gün idi ki, toplanışda idi.
Komandada Aftandil Hacıyev, Samir Abasov və Maksim Medvedev müəyyən qədər zədədən əziyyət çəkir. Onların meydana çıxması sual altındadı.
Xatırladaq ki, “Neftçi” – “Qarabağ” oyunu sabah Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq və saat 16:00-da start götürəcək.
