3 aprel 2011 12:41
Azərbaycan üzərindəki qələbə ilə gələn 25 pilləlik irəliləyiş
Belçika mətbuatı AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığma komandalarının Azərbaycan millisi üzərindəki qələbəsindən dərhal sonra FİFA reytinqindəki xallarını hesablamağa başlayıblar. Azerisport.az xəbər verir ki, dünya futbol qurumunun bu haqda rəsmi açıqlamasına bir neçə gün qalsa da, onlar artıq nə qədər irəliləyəcəklərini müəyyənləşdiriblər.
Belçikalıların iddiasına görə, bu ölkənin yığması FİFA-nın reytinqində 62-ci pillədən 37-yə qədər irəliləyəcəklər. Belə böyük irəliləyişə isə, təbii ki, yığmamız üzərində qazanılan 4:1, həmçinin avstriyalılarla səfər matçında qeydə alınan 2:0 hesablı qələbələr şərait yaradıb.
