3 aprel 2011 14:31
Simurq - Turan matçının hakimləri açıqlandı
Peşəkar Futbol Liqası Premyer Liqanın bu gün baş tutacaq 25-ci turunun "Simurq" - "Turan" qarşılaşmasının hakimlərinin adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu günə 3 qarşılaşma nəzərdə tutulsa da, hələlik sadəcə ikinci altılığın oyunu olan "Simurq" - "Turan" görüşünü idarə edəcək hakimlər məlumdu.
Əvəzində bir saat gec başlayacaq AZAL – “İnter" və "Neftçi" - "Qarabağ" duellərinin hakimləri hələ də məlum deyil. Yeri gəlmişkən, Zaqataladakı oyunu FİFA referisi Vüsal Əliyev idarə edəcəyindən, bu günkü daha prinsipial görüşlərdə onun fit çalmayacağı dəqiqdi.
3 aprel (bazar)
Simurq - Turan
Hakimlər: Vüsal Əliyev, Mübariz Həşimov, Elşən Acalov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zaqatala şəhər stadionu. Saat 15:00
