3 aprel 2011 15:27
Neftçi - Qarabağ: hakimlər açıqlandı
Premyer Liqanın 25-ci turunun mərkəzi oyununa - "Neftçi" - "Qarabağ" qarşılaşmasına hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, mərkəzi duel Rövşən Əhmədova tapşırılıb.
Maraqlıdı ki, bu oyunla eyni vaxtda start götürəcək AZAL - “İnter” matçına təyinat gizli saxlanılır.
3 aprel (bazar)
Neftçi - Qarabağ
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Elnur Muradov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00
