3 aprel 2011 18:17
Kaxaber Sxadadze: Cari mövsüm bununla çox rastlaşdıq
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın bu gün keçirilən AZAL ilə paytaxt derbisi barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, son ölkə çempionunun çalışdırıcısı komandasının minimal hesabla uduzduğu qarşılaşmanı belə şərh edib:
“Bu gün yaxşı oyun göstərdik, amma qalib gələ bilmədik. Futbolda belə hallar da olur. Təəssüf ki, bu gün də yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Cari mövsüm bununla çox rastlaşdıq. AZAL klubunu qələbə münasibəti ilə təbrik edirəm".
