3 aprel 2011 18:41
Qurbanov: Uşaqlarda yığmanın oyunundan sonra bir qədər stress var idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 25-ci turunun “Neftçi” ilə mərkəzi görüşündəki məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi 2 cavabsız qolla uduzduqları qarşılaşmadan sonra bunları dilə gətirib:
“Bu gün “Neftçi” yaxşı oynadı. Qapımızdan buraxdığımız ilk qol gözlənilməz oldu. Uşaqlarda yığmanın oyunundan sonra bir qədər stress var idi. Buna baxmayaraq, hər şey yaxşıdı. Artıq bu məğlubiyyəti unutmalıyıq. “Xəzər Lənkəran”la oyuna hazırlaşmalı olacağıq. Çempionatın növbəti 7 turunun daha da maraqlı keçəcəyini düşünürəm. "Neftçi"yə uğurlar arzulayıram"”.