4 aprel 2011 00:05

Neftçi üçün yaşıl, Simurq üçün qırmızı işıq

Premyer Liqada final məhələsinin daha bir turuna yekun vuruldu. Azerisport.az xəbər verir ki, hesabat turunun xüsusilə son günündə baş tutan qarşılaşmalar böyük maraqla gözlənilirdi.
 
Axı bu tur lider “Neftçi” son dövrlər əla sürət yığan, 9 oyun idi ardıcıl qələbə qazanan “Qarabağ”la qarşılaşırdı. Ağdam klubu lideri məğlub edəcəyi halda, zirvəyə daha da yaxınlaşaraq, “ağ-qaralar”la fərqi minimuma endirə bilərdi. Arif Əsədovun komandası isə ən yaxın izləyicilərindən olan əzəli rəqibini yenməklə xal fərqini 7-yə çıxara bilərdi. Qarşılaşma başlayan kimi meydan sahiblərinin heyətində Rodriqinyonun vurduğu qol “Neftçi”yə çox kömək etdi. Məhz bu erkən qoldan sonra müdafiəyə çəkilən “ağ-qaralar” əks-hücumlarda bəxtini sınamağa başladı ki, fasilədən sonra daha bir qol da vurmaqla, çöx önəmli bir addım atmış oldu. Məhz bu ağdamlıların çempionluq mübarizəsindəki şanslarını nə qədər azaltdısa, bir o qədər də “Neftçi”ni qızıl medallara yaxınlaşdırdı.
 
25-ci turda Azərbaycan derbisi ilə eyni gündə 1 paytaxt derbisi də baş tutdu. Son ölkə çempionu “İnter” turnir cədvəlində ondan iki xal geri qalan AZAL-ın qonağı idi. Qeyd edək ki, bu komandalar ölkə kubokunun yarımfinalında da bir-birinə rəqibdi. Çempionatda aşkar üstünlük “təyyarəçilər”ə məxsusdu və bu gedişlə onlar kubokun da finalına çıxa bilər. Hər halda bunu son qarşılaşma da sübut etdi. Rəqibini minimal hesabla məğlub edən AZAL cari mövsümün təsnifat mərhələsində keçirilən görüşlərdə də “İnter”ə məğlub olmamışdı. Əksinə, bir görüşdə rəqibini gözlənilməz hesabla (5:0) məğlub edən “təyyarəçilər” digər qarşılaşmada da 1:1 hesablı heç-heçəyə nail olmuşdu. Görünür, AZAL “bankirlər” üçün ən arzuolunmaz rəqibə çevrilməkdədi.
 
Son oyun gününün daha bir maraqlı dueli Zaqatalada baş tutdu. İkinci altılıqda qərarlaşmalarına baxmayaraq, qonşu pillələrdə qərarlaşmış “Simurq” və “Turan”ın oyunu kifayət qədər prinsipial və vacib əhəmiyyət daşıyırdı. Turnir cədvəlinin 11-ci  pilləsində qərarlaşmış Zaqatala təmsilçisi doğma meydanda “Turan”a qalib gələcəyi təqdirdə xal fərqini üçə endirərək, Premyer Liqada qalmaq şanslarını artırmış olacaq.
 
Eyni zamanda, Zaqatala səfərində qazanılacaq xallar “Turan”ın turnir cədvəlində mövqeyini möhkəmləndirə və “Simurq”un ümidlərini heçə endirə bilərdi. Amma çoxları bu qarşılaşmada məhz meydan sahiblərinin uğur qazanacağına inanırdı. Hər halda Qyoko Haciyevskinin komandası bir neçə gün öncə “Neftçi” üzərində qazandığı qələbə ilə özünə inam yaratmışdı. Lakin Naci Şensoyun komandası daha güclü çıxaraq, erkən vurulan qol sayəsində Zaqataladan vacib qələbə ilə dönməyi bacardılar. Bir sözlə, “Simurq” artıq növbəti mövsümdən birinci divizionda çıxış etməyə hazırlaşa bilər.
 
Azərbaycan Premyer Liqası
25-ci tur
 
Simurq - Turan - 0:1 (0:1)
Qol: Georgi Beriaşvili, 8.
Vərəqələr: Tofiq Mikayılov, 66 - Rəşid Həsənov, 41; Georgi Beriaşvili, 73 – sarı.
Hakimlər: Vüsal Əliyev, Mübariz Həşimov, Elşən Acalov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
3 aprel 2011. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 250 tamaşaçı.
Simurq: 22. Adnan Hodziç, 17. Rüstəm Məmmədov (k), 4. Emin Quliyev (14. Anar Həsənli, 60), 6. Mikayıl Rəhimov, 8. Qərib İbrahimov, 25. Tofiq Mikayılov, 29. İlkin Qırtımov, 9. Əli Bağırov, 16. Samir Musayev, 10. Vasif Əliyev (23. Camal Məmmədov, 81), 19. Ramin Nəsibov (20. Qafar Qafarov, 46).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 3. Rasim Ramaldanov, 15. Elvin Musazadə, 2. Səbuhi Həsənov.
Baş məşqçi: Qyoko Haciyevski.
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov, 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 21. Rəşad Orucov, 25. Martin Kerçev, 14. Viktor Qonta, 19. Rəşid Həsənov (16. Oleq Qvelesiani, 58), 26. Boris Kondev (22. Məhərrəm Müsümzadə, 83), 20. Georgi Beriaşvili (45. Fərmayıl Əliyev, 76), 28. Yasin Abbasov.
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 11. Azər Məmmədov, 10. Xəyal Qarayev, 7. Akif Tağıyev.
Baş məşqçi: Naci Şensoy.
 
AZAl - İnter - 1:0 (1:0)
Qol: Nuqzar Kvirtiya, 45.
Vərəqələr: Elvin Əliyev, 75 - Kaxaber Mjavanadze, 68 – sarı.
Hakimlər: Fariz Yusifov, Aleksandr Musatkin, Zeynal Zeynalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əmir Zamanov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
3 aprel 2011. “Şəfa” stadionu. 800 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k) (6. Ritus Krjauklis, 46), 14. Elvin Əliyev, 9. Viktor İbokoyi, 10. Nuqzar Kvirtiya, 8. Eleandro Pema (7. Tərlan Xəlilov, 84), 21. Mirko Bunyevçeviç, 20. Gennadi Bliznyuk (11. Zohair Benouahi, 46) 15. Qvidas Yuşka.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 16. Mensur Limani, 24. Enyo Krastovçev, 17. Vüsal Qarayev.
Baş məşqçi: Nazim Süleymanov.
İnter: 72. Dmitri Kramarenko, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (32. Robertas Poşkus, 61), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki (21. Arif Daşdəmirov, 26), 19. David Odikadze (11. Asif Məmmədov, 85), 20. Girts Karlsons, 44. Valeri Abramidze, 88. Kaxaber Mjavanadze.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 9. Rövşən Əmiraslanov, 12. Filip Despotovski, 23. Şəhriyar Rəhimov.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
Neftçi - Qarabağ - 2:0 (1:0)
Qollar: Rodriqinyo, 3 (1:0), Flavinyo, 60 (1:1).
Vərəqələr: Bahodir Nasimov, 27 - Maksim Medvedev, 23; Rəşad Sadıqov, 48; Əfran İsmayılov, 75 – sarı.
Hakimlər: Rövşən Əhmədov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Elnur Muradov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
3 aprel 2011. Tofiq Bəhramov adına Respublika stadionu. 5000 tamaşaçı.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski (25. Cavid İmamverdiyev, 88), 7. Rodriqinyo, 9. Flavinyo, 14. Bahodir Nasimov (10. Emil Mpenza, 68), 15. Ruslan Abışov, 16. Alessandro Viano da Silva, 27. Rəşad Abdullayev (17. Araz Abdullayev, 78).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov.
Baş məşqçi: Arif Əsədov.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev (17. Vüqar Nadirov, 59), 13. Samir Abasov (20. Nderim Nedzipi, 46), 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov (9. Elvin Məmmədov, 82), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 2. Qara Qarayev, 72. Devran Ayhan.
Baş məşqçi: Qurban Qurbanov.
 
Hesabat turunun digər 3 görüşünün nəticələri belə idi: Bakı – XL – 0:0, MOİK – Muğan – 0:0, Qəbələ - Gəncə - 1:1.
 
1
Neftçi
25
16
7
2
44-10
55
2
XL
25
14
7
4
29-14
49
3
Qarabağ
25
15
3
7
33-16
48
4
AZAL
25
11
9
5
29-17
42
5
İnter
25
12
5
8
25-20
41
6
Bakı
25
9
8
8
29-23
35
 
7
Qəbələ
25
9
9
7
23-17
36
8
Muğan
25
8
7
10
18-26
31
9
Gəncə
25
5
10
10
24-30
25
10
Turan
25
6
6
13
20-35
24
11
Simurq
25
3
6
15
14-37
15
12
MOİK
25
1
5
20
7-50
8
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)
9 - Qvidas Yuşka (АZАL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.