3 aprel 2011 17:50

Neftçi Qarabağ`ı, AZAL çempionu məğlub etdi (YENİLƏNİB)

Bu gün Premyer Liqanın 25-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun son oyun günündə də 3 qarşılaşma baş tutub.
 
Lakin bu qarşılaşmalar içində biri daha çox maraqla gözlənilirfi. Çünki “Neftçi” – “Qarabağ” dueli cari mövsümün çempionunu müəyyənləşdirmək baxımından böyük əhəmiyyətə malik idi. Azərbaycan derbisində qələbə qazanan meydan sahibləri həm çempionluq yoluna önəmli addım atmış oldu, həm də rəqibinin 9 oyunluq qələbə seriyasına son qoydu. Paytaxt derbisində isə AZAL-ın cari mövsüm ikinci dəfə son çempion "İnter"ə qalib gəldi. Eyni zamanda "Simurq"un evdə "Turan"a uduzması da diqqətçəkən oldu.
 
Premyer Liqa
25-ci tur
3 aprel
 
SİMURQ – TURAN - 0:1 (0:1)
Qol: Georgi Beriaşvili, 10.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
Beriaşvili cərimə zərbəsindən vurduğu qolla meydan sahiblərini şoka salır - 0:1
Meydan sahibləri buraxılan qolun əvəzini çıxmaq üçün çalışsa da, hələlik bəhrə vermir
Samir Əliyevin (S) zərbəsi qapının azca yanından keçir
"Simurq" tamamilə oyuna nəzarət etsə də, qol vura bilmir
Birinci hissə başa çatır
İkinci hissə başladı
Samir Əliyev möhtəşəm bir qol epizodundan yararlana bilmir
"Turan" tam olaraq müdafiəyə çəkilib
Meydan sahiblərinin bütün cəhdlərinə rəğmən, "Simurq" bu prinsipial görüşdə də uduzur
Matç başa çatdı
 
AZAL – İNTER - 1:0 (1:0)
Qol: N.Kvirtiya, 45 (1:0).
Bakı. “Şəfa” stadionu.
 
Oyun başladı
Mjavanadze "AZAL-ın cərimə meydançasına təhlükəli ötürmə edir. Həsənzadə hamıdan tez topa yetişir
AZAL təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirir. Yuşkanın zərbəsi dəqiq alınmır
Kruqlova qarşı edilən kobudluğa görə AZAL-ın qapısına cərimə zərbəsi təyin olunur. Odikadzenin zərbəsi qapının üstündən keçir
Kruqlovun sol cinahdan cərimə meydançasına asması zamanı Odikadzenin başla zərbəsi qapının üstündən keçir
Odikadzenin zərbəsi zamanı Həsənzadə əla reaksiya nümayiş etdirir
AZAL-ın sağ cinahla əla hücumu. Lakin E.Əliyevin qapı qarşısına ötürməsi zamanı V.Abramidze təhlükəni sovuşdurur
İ.Kandelaki zədələnir və 26-cı dəqiqədə meydanı tərk edir. Onun yerinə meydana A.Daşdəmirov daxil olur
Təhlükəli nöqtədən "İnter"in qapısına cərimə zərbəsi təyin olunur. Yuşkanın zərbəsini Kramarenko tutur
“İnter"in təhlükəli hücumu. Çervenkonun uzaqdan zərbəsi zamanə müdafiəçi özünü topun qarşısına atır
Kruqlovun qapıya zərbəsi zamanı Həsənzadə barmaqlarının ucu ilə topu meydandan çıxarır

Çervenko qapıçı ilə üz-üzə qalsa da, Cahangir onunla mübarizədən qalib ayrılır
Sağ cinahdan ötürmə zamanı Kvirtiya hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
AZAL fasilədə iki dəyişiklik edir. A.Nəbiyev və E.Pemanın əvəzində meydana R.Krjauklis və Z.Benouahi daxil olur
Karlsonsun zərbəsi qapının azca yanından keçir
AZAL-ın hücumu zamanı Benouahinin uzaqdan zərbəsini Levin zərərsizləşdirir
"İnter"də dəyişiklik: P.Zlatinovun əvəzində meydana R.Poşkuş daxil olur
Qonaqların künc zərbəsi zamanı Həsənzadə çıxışda səhvə yol versə də, bundan yararlanan tapılmır
Mjavanadze kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılır
Elvin Əliyev də sarı vərəqə alır
Pema qonaqların qapıçısı ilə üz-üzə qalsa da, Kramarenko komandasını ikinci qoldan xilas edir
AZAL-ın heyətində N.Kvirtiyanın əvəzinə meydana T.Xəlilov daxil olur
"İnter"in heyətində Odikadzenin əvəzində meydana A.Məmmədov daxil olur
Matç başa çatır
 
NEFTÇİ – QARABAĞ - 2:0 (1:0)
Qollar: Rodriqinyo, 4 (1:0), Flavinyo, 61 (2:0).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
Rodriqinyonun zərbəsindən sonra top müdafiəçiyə dəyib kornerə çıxır
Korner zamanı isə müdafiəçilərin geri qaytardığı topu Rodriqinyo möhtəşəm zərbə ilə tora qovuşdurur - 1:0
"Qarabağ" qol buraxdıqdan sonra üstünlüyü ələ alıb və rəqibini topsuz saxlamağa çalışır
"Neftçi" isə artıq əks-hücumlara bel bağlayır
Ruslan Abışovun cərimə zərbəsi qeyri-dəqiq olur
Adamiyanın uzaqdan zərbəsi dəqiq olmur
Oyun daha çox mərkəzdə davam edir
Medvedev Rəşad Abdullayevə qarşı kobud oyuna görə sarı vərəqə alır
Nasimov da sarı vərəqə alır
Rauf Əliyevə qarşı cərimə meydançası yaxınlığında qayda pozuntusu və cərimə zərbəsi
Əfranın cərimə zərbəsindən sonra top toru yandan silkələyir
Alessandro rəqib oyunçuyla mübarizə zamanı yan xətt yaxınlığında yıxılır və hətta laysman Ramiz Əsədovu da yerə yıxır
"Qarabağ"ın qapısına təhlükəli nöqtədən cərimə zərbəsi. Rəşad Abdullayevin zərbəsi dəqiq olmur
Adamiyanın uzaqdan təhlükəli zərbəsi qol gətirmir
Nasimov az qala ikinci qolu vuracaqdı. Son anda Pavloviç topu kornerə çıxarır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Qarabağ"da dəyişiklik. Samir Abasovu Nderim Nedzipi əvəzləyir
Rəşad Sadıqov Nasimovu kobudluqla dayandırdığı üçün sarı vərəqə alır
Cərimə zərbəsini isə Pavloviç asanlıqla zərərsizləşdirir
Raufun qayçıvari zərbəsi çox təhlükəli olsa da, azca dəqiq olmur. Hücumçu özü isə zədələnir
Əliyevə meydandan kənarda tibbi müdaxilə davam edir və "Qarabağ" hələ də azlıqda oynayır
"Neftçi"nin təhlükəli əks-hücumunu Abdullayev qeyri-dəqiq zərbə ilə tamamlayır
Rauf nəhayət həkimlərin müdaxiləsindən sonra meydana dönür
Lakin Qurban Qurbanov onunla risk etmək istəmir və Əliyevi Vüqar Nadirovla əvəzləyir
Rəşad Sadiqovun mərkəzdəki kobud səhvindən sonra topu ələ keçirən meydan sahibləri Flavinyonun sayəsində ikinci qola imza atırlar - 2:0
Nasimovun əvəzində meydana Emil Mpenza daxil olur
"Qarabağ" fərqi azaltmağa yaxın olsa da, yararlana bilmirlər
Adamiya gözəl reydlə cərimə meydançasına daxil olsa da, onun əla ötürməsini müdafiəçilər çıxarır
Vüqarın zərbəsi üstdən keçir
Rəşad Abdullayevi həmsoyadı Araz əvəzləyir
Əfranı Elvin Məmmədov əvəzləyir
Sadıqovun cərimə zərbəsindən vurduğu top az fərqlə qapının üstündən keçdi
S.Georgiyevskini Cavid İmamverdiyev əvəzləyir
"Qarabağ" son dəqiqələrdə təlükəli hücumlar təşkil etsə də,"Neftçi" qola imkan vermir
Mpenza yuz faizli qolu qaçırdı
Matç başa çatır
 
Hesabat turunun digər 3 görüşü dünən keçirilib: Bakı – XL – 0:0, MOİK – Muğan – 0:0, Qəbələ - Gəncə - 1:1.
 
1
Neftçi
25
16
7
2
44-10
55
2
XL
25
14
7
4
29-14
49
3
Qarabağ
25
15
3
7
33-16
48
4
AZAL
25
11
9
5
29-17
42
5
İnter
25
12
5
8
25-20
41
6
Bakı
25
9
8
8
29-23
35
 
7
Qəbələ
25
9
9
7
23-17
36
8
Muğan
25
8
7
10
18-26
31
9
Gəncə
25
5
10
10
24-30
25
10
Turan
25
6
6
13
20-35
24
11
Simurq
25
3
6
15
14-37
15
12
MOİK
25
1
5
20
7-50
8
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)
9 - Qvidas Yuşka (АZАL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.