3 aprel 2011 11:57
Rəşad Sadıqov ayrıldı, sabiq klubu daşa basıldı
Türkiyənin “Eskişehirspor” klubu basqına məruz qalıb. Azerisport.az xəbər verir ki, bu komanda Superliqanın son turunda “Ankaragücü” ilə səfər matçından sonra geri qayıdarkən, bir qrup şəxs tərəfindən daşlı basqınla üzləşib.
Paytaxtda üzləşdikləri bu çirkin olayla bağlı Eskişehir təmsilçisi dərhal bəyanat yayıb: “Ankaragücü” matçından sonra Eskişehirə dönmək üzrə yola çıxan, içində futbolçularımızın və rəhbərliyimizin olduğu komandamızın avtobusuna, Ankara içində daşlı basqın meydana gəlmiş və avtomobilin 3 şüşəsi qırılmışdır. “Təhlükəsizlik” səbəbi ilə azarkeşlərimizin Ankaraya gəlməsinə izn verilməməsi azmış kimi, 2011-ci ildə, paytaxtın göbəyində komandamızın təhlükəsizliyinin təmin edilməməsi düşündürücüdü. Bu basqını və təhlükəsizliyimizin qorunması üçün heç bir addımın atılmamasını şiddətlə qınayırıq”.
Qeyd edək ki, birinci dövrədə heyətində millimizin kapitanı Rəşad Sadıqovun da yer aldığı “Eskişehirspor” “Ankarügücü” ilə dueldə iki dəfə hesabda önə keçməsinə rəğmən, qələbə qazanan bilməmişdi – 2:2. Hazırda bu komanda 42 xalla altıncı sırada yer alır.
