3 aprel 2011 12:17

“Neftçi`yə hörmətim var, amma Qarabağ`ın qələbəsi üçün hər şeyi edəcəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın bu gün keçiriləcək “Neftçi” ilə prinsipial oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablayıb.
 
- Yığmamızın Belçika ilə oyunundan qayıdan futbolçularınızın durumu nə yerdədi?
- Onlar yorğun qayıdıblar və bir az psixoloji təsir altındadılar. Biz mümkün qədər onları əvvəlki vəziyyətlərinə qaytarmağa çalışırıq. Mümkündü ki, “Neftçi”yə qarşı onların heç də hamısı oynamasın. Baxmayaraq ki, son məşqdə hamısı iştirak edib. Maksim Medvedevin də iştirakı sual altındadı. Onunla bağlı qərarı son anda verəcəm.
 
- Sirr deyilsə, komandanızın üzvlərinin Belçikaya 1:4 hesabıyla uduzduğumuz görüşdəki çıxışını necə qiymətləndirirsiz?
- Həmin oyunda konkret hansısa ayrı-ayrı futbolçular yox, bütövlükdə komanda uduzdu. Buna görə də mən oyunçularıma qiymət verə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, “Qarabağ”ın oyunçuları da meydana kömək etmək üçün çıxmışdı. Təəssüf ki, alınmadı. İndi qarşıdakı oyunlar haqda düşünmək lazımdı.
 
- Komandanız liderlə oyuna hazırdı?
- Artıq hazırlıqlarımızı tamamlamışıq və düşünürəm ki, hazırıq. “Neftçi” – “Qarabağ” matçı Azərbaycan çempionatının ən maraqlı görüşlərindən biridi. Rəqibimiz çempionatın lideridi və buna görə də onlara qarşı oynamaq çətin olacaq. Hesab edirəm ki, hər iki komanda 3 xal üçün əsl mübarizə göstərəcək.

- Vaxtilə siz həm “Neftçi”nin oyunçusu, həm də baş məşqçisi olmusuz. İndi bu komandaya rəqib olmaq necə hissdi?
- Bu, birinci dəfə deyil ki, biz “Neftçi”yə qarşı oynayırıq. Çempionatda ən güclünü müəyyənləşdirmək üçün hamı bir-biri ilə oynayır. “Neftçi”ni hamı sevir. Necə də olmasa, bu, futbolumuzun flaqmanıdı. Mən “Qarabağ”da çalışsam da, həmişə “Neftçi”nin uğurlarına sevinmişəm. Bu komandaya hörmət edirəm, bilirəm ki, azarkeşlər bu klubu necə sevirlər. Amma hazırda “Qarabağ”da işləyirəm və qələbə qazanmağımız üçün əlimdən gələni edəcəm.
 
- Çoxları bu görüşdə sizin komandanızı favorit göstərir...
- Bununla razı deyiləm. İstənilən halda “Neftçi” çempionatın lideridi. Bilirəm ki, “Neftçi”nin futbolçuları 90 dəqiqə ərzində maksimum güclərini nümayiş etdirməyi bacarırlar. Onlar belə vacib oyunlarda həmişə sözlərini deyə bilirlər. Onların heyətində bir neçə gənc futbolçu da yer alır. Ümumiyyətlə, rəqibin heyəti çox güclüdü.
 
- Bundan sonra daha 7 oyununuz qalacaq. “Qarabağ”ın çempionluq şanslarını necə qiymətləndirirsiz?
- Bizim üçün hər oyun vacibdi. “Qarabağ”ın qarşısına avrokuboklara düşmək vəzifəsi qoyulub. Hər oyunda qələbə şansımız var. Buna görə də öz imkanlarımızdan maksimum yararlanmaq lazımdı. Futbolda ən başlıcası qol vurmaq və daha güclü olduğunu göstərmək vacibdi. Bu həftə “Neftçi”ylə oynayırıqsa, gələn həftə də “Xəzər Lənkəran”la qarşılaşacağıq. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.