3 aprel 2011 00:45

XL üçün zəif bənd - Bakı

Premyer Liqada bir həftəlik fasilə başa çatdı və 25-ci turun oyunları start götürdü. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündəki qarşılaşmalardan sadəcə biri ilk altılığa aid olsa da, hər halda digər 2 görüş də az maraq doğurmurdu.
 
Şübhəsiz ki, ilk oyun günündəki 3 qarşılaşma içində “Bakı” – “Xəzər Lənkəran” matçı daha böyük maraq kəsb edirdi. Maraqlıdı ki, ilk altılıqda qərarlaşmış bu komandaların cari mövsümdə keçirilmiş hər iki oyununda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Baxmayaraq ki, tərəflər demək olar ki, tam fərqli məqsədlər üçün mübarizə aparır. Hər halda sırf çempionluq üçün oynayan “Xəzər Lənkəran”dan fərqli, “zolaqlılar” sadəcə avrokuboklara düşməyə can atır ki, bu baxımdan da bütün ümidlərini kuboka bağlayıb. Hansı ki, kubokun da yarımfinalında bu komandalar üz-üzə gəlmiş olacaq.
 
Lənkəran təmsilçisi 6-cı pillədə yer alan “Bakı” ilə nəhayət bu mövsümkü üçüncü duelində ötən ildən qalma qisaslarını ala biləcəyinə çox inanırdı. Bu mənada xüsusilə Mirça Rednikin oyundan öncəki iddialı açıqlamaları diqqət çəkirdi. Axı ək halda bu mövsüm qətiyyən özünə bənzəməyən paytaxt klubu növbəti dəfə cənublulara böyük zərbə vurmuş olacaqdı. Lakin bu dəfə də alınmadı. Tərəflərin çoxsaylı cəhdləri sonda tablodakı “0”-ların dəyişməsinə şərait yaratmadı. Nəticədə “zolaqlılar” bu mövsüm də “Xəzər Lənkəran”ın əsl qənimi olduqlarını sübut etmiş oldular. Maraq üçün xatırladaq ki, ötən mövsümün sonunda da bu komanda kubokun finalında qalmaqallı qələbəyə sevinmiş, həmçinin XL-ı çempionluqdan etmişdi. Bu il isə hər 3 oyunda heç-heçəyə imza atan paytaxt klubu cənubluları 6 xaldan edib.
 
İlk matç gününün digər iki oyununda isə ikinci altılıq komandaları üz-üzə gəldi. Premyer Liqanın son pilləsində qərarlaşmış MOİK Bəhmən Həsənovun rəhbərliyi altında uğurlu çıxışı ilə diqqət çəkən “Muğan”ı qəbul etdi. Elitadakı yerini qorumaq üçün qarşıdakı bütün oyunlarda qələbə qazanmağın vacib olduğunu anlayan “hərbçilər”in Salyan təmsilçisi ilə oyunda sonadək mübarizə aparacağını gözləmək olardı. Axı MOİK cari mövsümdə ilk və tək qələbəsini 1-ci turda məhz “Muğan” üzərində qazanmışdı. Lakin onlar bu dəfə həmin uğuru təkrarlaya bilməsə də, ən azı 1 xal qazanmaqla kiçik sensasiyaya imza atmağı bacardılar.
 
Qəbələdə eyniadlı komandanın qonağı olan “Gəncə” isə yeni baş məşqçisi ilə debüt matçına çıxmışdı. Belə ki, ötən tur doğma meydanda “Simurq”a məğlub olan bu komanda ikinci altılığın lideri ilə oyuna yeni baş məşqçi – Mehman Allahverdiyevin rəhbərliyi altında çıxmışdı. Komandalar arasında təsnifat mərhələsində keçirilən hər iki oyun qolsuz heç-heçə ilə nəticələndiyindən “Qəbələ” – “Gəncə” oyununun maraqlı idman mübarizəsi şəraitində keçəcəyini proqnozlaşdırmaq olardı. Hesabı meydan sahibləri açsa da, sonradan özündə güc tapan qonaq komanda bərabərlik qolunu vurmağı bacardı. Beləcə, Allahverdiyev yeni komandasındakı fəaliyyətinə heç-heçə ilə başlamış oldu.
 
Premyer Liqa
25-ci tur
 
Qəbələ - Gəncə - 1:1 (1:0)
Qollar: Murad Hüseynov, 26 (1:0). Junivan Suares, 56 (1:1).
Vərəqələr: Lyuba Baranin, 24, Stiv Olfers, 55, Qoqa Beraya, 86 - Zura Dzamsaşvili, 61 – sarı.
Hakimlər: Rəhim Həsənov, İsgəndər Əliyev, Coşqun Həsənov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asif Namazov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
2 aprel 2011. Qəbələ. Şəhər stadionu. 300 tamaşaçı.
Qəbələ: 12. Pavel Doroşev, 6. Lyuba Baranin, 7. Yaşar Abuzərov, 10. Deon Barton, 14. Milan Antiç, 15. Razvan Tarlea, 17. Arif İsayev (19. Branimir Subaşiç, 65), 18. Qoqa Beraya (k), 20. Kristian Torres (16. Abdulkader Kamara, 66), 22. Murad Hüseynov, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 9. Bruno dos Anjos, 25. Nuran Qurbanov, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Toni Adams.
Gəncə: 1. Edis Kurtanoviç, 3. Vasif Haqverdiyev, 4. Azər Məmmədov (k), 6. Samir Zərgərov (27. Ramazan Abbasov, 77), 7. Ramal Hüseynov, 8. Armand Fuetçin, 13. Zura Dzamsaşvili, 20. Vüsal Hüseynov (11. Sabir Allahquliyev, 85), 23. Junivan Suares (14. Asəf Qədiri, 89), 24. Vladimir Zelenbaba, 25. Kristaps Qrebis.
Ehtiyat oyunçular: 22. Ruslan Məcidov, 2. Xəyal Mustafayev, 5. Mətləb Məmmədov, 17. Renat Sultanov.
Baş məşqçi: Mehman Allahverdiyev.
 
MOİK - Muğan – 0:0
Vərəqələr: Orxan Babayev, 1, Tural Nərimanov, 29, Ramil Əliyev, 54, Azər Həşimov, 88 - Novruz Məmmədov, 4, Anxel Qutyerres, 62; 80 – sarı; Anxel Qutyerres, 80 – qırmızı.
Hakimlər: Fuad Həsənov, Aydın Ələkbərov, Samir Hacıyev, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
2 aprel 2011. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 100 tamaşaçı.
MOİK: 1. Səlahət Ağayev, 2. Emin Cəfərquliyev, 4. Vüqar Əsgərov, 5. Natiq Əkbərov, 7. Nizami Hacıyev, 8. Ruhid Usubov (6. Emin Mustafayev, 63), 10. Orxan Babayev (9. Nicat Tağıyev, 75), 14. Tural İsgəndərov (13. Comərd Baxşıyev, 46), 17. Azər Həşimov, 23. Tural Nərimanov, 24. Ramil Əliyev (k).
Ehtiyat oyunçular: 22. Tariyel Hüseynov, 11. Azər Səfərli, 16. Rəşad Hacızadə, 18. Rəfael Qəvami.
Baş məşqçi: Ramil Əliyev.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 8. Tural Axundov, 6. Taqim Novruzov, 9. Elşən Məmmədov (11. Con Pelu, 61), 23. George Qulordava, 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres, 39. Hüseyn Axundov (16. Sergey Çernışev, 86), 77. Reys Klaudiney (7. Pərvin Paşayev, 76).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 14. Fərid Həşimzadə, 19. Zaur Əsədov, 34. Cavad Mirzəyev.
Məşqçi: Bəhmən Həsənov.
 
Bakı - Xəzər Lənkəran - 0:0
Vərəqə: yoxdu.
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Yaşar Abbasov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
2 aprel 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 2000 tamaşaçı.
Bakı: 1. Marko Şarliya, 3. Rafael Əmirbəyov (k), 8. Ernad Skuliç (39. Ruslan Leviqa, 78), 11. Adnan Barakat (30. İbrahim Karqbo, 58), 18. Radomir Todorov, 27. Bəxtiyar Soltanov, 29. Əziz Quliyev, 33. Stevan Bates, 77. Aleksandar Soliç, 85. Jaba, 99. Leonardo Roşa (9. Vaqif Cavadov, 76).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 2. Saşa Kaykut, 5. Stefan Barbikoni, 7. Mahmud Qurbanov.
Baş məşqçi: Aleksandr Starkov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 5. Dieqo Souza (14. Rahid Əmirquliyev, 46), 6. Simao Bruno, 10. Elnur Abdullayev, 16. Adrian Pit, 17. Hristu Kyaku (30. Katalin Doman, 71), 19. İbrahima Banqura (15. Emeka Opara, 46), 28. Kosmin Frasinesku, 36. Uinston Parks.
Ehtiyat oyunçular: 26. Orxan Sadıqlı, 8. Nikulae Muşat, 11. Andrey Mureşan, 18. Alim Qurbanov.
Baş məşqçi: Mirça Rednik.
 
1
Neftçi
24
15
7
2
42-10
52
2
XL
25
14
7
4
29-14
49
3
Qarabağ
24
15
3
6
33-14
48
4
İnter
24
12
5
7
25-19
41
5
AZAL
24
10
9
5
28-17
39
6
Bakı
25
9
8
8
29-23
35
 
7
Qəbələ
25
9
9
7
23-17
36
8
Muğan
25
8
7
10
18-26
31
9
Gəncə
25
5
10
10
24-30
25
10
Turan
24
5
6
13
19-35
21
11
Simurq
24
3
6
15
14-37
15
12
MOİK
25
1
5
19
7-49
8
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə)
9 - Qvidas Yuşka (АZАL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.