3 aprel 2011 12:53
Rauf Əliyev: Neftçi ilə oyundan minimum qələbə gözləyirik
“Qarabağ”ın hücumçusu Rauf Əliyev “Neftçi” ilə bu günkü oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Bu, iki ən güclü komandanın dueli olacaq. Əminəm ki, gərgin bir qarşılaşma olacaq. Bu görüşdə biz minimum heç-heçə gözləyirik. Ancaq təbii ki, qələbə qazansaq, daha yaxşı olar”.
