3 aprel 2011 13:01

Arif Əsədov: Neftçi - Qarabağ görüşü də elə Böyük oyundu

“Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində Premyer Liqanın bu günə təsadüf edən “Qarabağ”la oyunu öncəsi komandasının durumundan danışıb.
 
- “Qarabağ”la oyuna necə hazırlaşmısız?
- Digər komandalara qarşı necə hazırlaşırdıqsa, elə hazırlaşmışıq. “Altılıq”da bütün oyunlar vacibdi. Bəzi futbolçularımız ölkələrinin yığmasından qayıdıb, tibbi müayinədən keçiblər. Yalnız Rail Məlikovun kiçik zədəsi var. Hazırda həkim nəzarəti altındadı. Onun ağdamlılara qarşı çıxış etməsi də sual altındadı. Digər futbolçular isə proqram üzrə hazırlaşırlar. Hamı istəyir ki, “Qarabağ” kimi güclü rəqiblə dueldən qalib ayrılsın.
 
- Fasilədən necə yararlana bildiniz?
- Biz öz məşqlərimizi davam etdirdik. “Simurq”la yoldaşlıq oyunu keçirdik. Amma həmin oyuna güclü heyət çıxarmadıq. Çünki 4-5 oyunçumuz zədəli idi. Digər futbolçularımız isə yığmaların düşərgəsində idi. Buna görə də, əvəzedici heyətdən 8 futbolçu dəvət etmişdik. Mənə çox maraqlı idi ki, onlar özlərini necə göstərəcəklər. Təbii ki, yoldaşlıq oyunlarında əsas nəticə yox, qazanılan təcrübədi.
 
- “Qarabağ”ın da bir neçə oyunçusu yığmanın düşərgəsindən qayıdıb. Mümkündü ki, rəqibdə yorğunluq sözünü desin?
- “Qarabağ” güclü komandadı. Mən düşünmürəm ki, bu fakt özünü göstərə bilər. “Neftçi”nin də bir neçə futbolçusu yığmaya dəvət almışdı. Odu ki, hazırda bu baxımdan vəziyyət demək olar ki, eynidi. Hələ üstəlik, bizim gənclərdən ibarət yığmamızın da düşərgəsindən qayıdan futbolçularımız var. “Qarabağ” 9 oyundu ardıcıl qələbə qazanır. Onların əsl səviyyəsini göstərən məqam kimi məhz bunu göstərmək olar.
 
- Komandanı bu rəqibə qarşı motivasiya etmək çətin deyil ki?
- Bizim üçün elə ən böyük stimul da məhz 9 oyundu qələbə qazanan bir komandaya qarşı oynamağımızdı. Xüsusi motivasiyaya isə gərək yoxdu. “Altılığ”ın bütün oyunları çempionluq üçün vacib əhəmiyyət daşıyır. Digər tərəfdən biz də “Bakı” ilə oyundan sonra məğlub olmuruq. Heç-heçə olsa da, məğlubiyyət tanımırıq. “Qarabağ” kimi rəqiblərlə oyunda isə aşkar favorit olmur. Hər iki komanda qarşılaşmanın vacibliyini başa düşür. “Neftçi” liderliyini itirmək istəmir. Bunun üçün də bizə qələbə qazanmaq lazımdı.
 
- Emil Mpenzanın hazırkı durumu necədi? “Qarabağ”a qarşı oynaya biləcək?
- O, öz üzərində işləyir ki, zədədən sonra daha tez forma yığa bilsin. Hazırda onun durumunu normal hesab etmək olar. Buna görə də adı matçın iştirak ərizəsinə salınacaq. Lakin hələlik “Qarabağ”a qarşı 90 dəqiqə oynamaq gücündə deyil.
 
- Bəs “Qarabağ”ı necə dəyərləndirərdiz?
- Qeyd etdiyim kimi, “Qarabağ” ölkənin ən güclü klublarından biridi. Qış fasiləsindən sonra onlar daha yaxşı oynayırlar. Futbolçulardan kimisə ayrıca qeyd etmək istəmirəm. Onların hər mövqeyində lider futbolçular çıxış edir və nəyi necə edəcəklərini gözəl bilirlər. Amma mən öz komandama inanıram. “Neftçi” həmişə belə çətin oyunlardan qalib çıxmağı bacarıb. İnanıram ki, “Qarabağ”ı da məğlub edəcəyik.
 
- “Xəzər Lənkəran”la oyunlarınızı “Böyük oyun” adlandırırlar. Bəs “Neftçi” – “Qarabağ” duelləri necə adlanmalıdı?
- Bu iki klub arasındakı duellər hələ ilk çempionatdan bəri var. Məncə, elə bu oyunu da “Böyük oyun” adlandırmaq olar. Əgər çempionluq uğrunda mübarizə aparan iki komanda üz-üzə gəlirsə, böyük ajiotaj varsa, deməli bu oyun da “Böyük oyun”du.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.