4 aprel 2011 13:18
Çempionluğun və Premyer Liqanın 1 addımlığında
Aprelin 3-də “Şəfa” stradionunda 1-ci divizionun lideri “Abşeron” Premyer Liqaya çıxmağa iddialı sayılan “Neftçi” İSM kollektivini 2:0 məğlub edərək Azərbaycan futbolunun elitasına yolunu bir addım da, yaxınlaşdırdı. Azerisport.az xəbər verir ki, indi “Abşeron”u Premyer Liqadan cəmi 1 xal ayırır.
Mirbağır İsayevin komandasız artıq növbəti turda güclülər liqasına çıxışını bayram edə bilər. Bu isə aprelin 10-da “Şuşa” ilə səfər matçında gerçəkləşməlidi.
Maraq üçün qeyd edək ki, son turda “Neftçi” İSM üzərində 2:0 hesabıyla qələbə qazanan “Abşeron” 20 oyundan sonra 56 xalla 1-ci divizionda liderliyini davam etdirir.
