4 aprel 2011 02:04
Vaqif Sadıqov Rusiyada ilk qələbəsinə sevindi
Rusiyanın “Anji” klubu Rusiya Premyer Liqasında 3-cü oyununu keçirib. Azerisport.az xəbər verir ki, Mahaçqala klubu evdə "Rubin"lə qarşılaşıb.
Mahaçqaladakı "Dinamo" stadionunda keçirilən oyunda "Anji" 1:0 hesablı qələbəyə sevinib. Yeganə qola 7-ci dəqiqədə Yan Qolenda imza atıb. O, Kazan komandasının qapısına bu mövsüm vurulan ilk topun müəllifi olub. Meydan sahiblərinin heyətində yığmamızın sabiq futbolçusu Şamil Lahiyalov da çıxış edib. O, 66 dəqiqə meydançada olub. Bu qələbə sayəsində "Anji" xallarını 4-ə çatdırıb və turnir cədvəlində 11-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Azərbaycan millisinin daha bir keçmiş baş məşqçisi Vaqif Sadıqov "Anji"də böyük məşqçi, yığmamızın keçmiş oyunçusu Emin Ağayev seleksiyaçı-məşqçi vəzifəsində çalışır. Yığmamızın müdafiəçisi Mahir Şükürov isə bu yaxınlarda Mahaçqala komandası ilə yollarını ayırıb.
