4 aprel 2011 15:03
Ruslan Abışov klipə çəkildi (FOTO)
Sabah “Park Bulvar”da gənc müğənni Sevda Yəhyayevanın yeni klipinin təqdimetmə mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu tədbirin bizlər üçün maraqlı olan cəhəti ondan ibarətdi ki, sözügedən klipə milli komandamızın və “Neftçi”nin müdafiəçisi Ruslan Abışov da çəkilib.
“Düşünürəm ki, duetimiz heç də pis alınmayıb. Klipdə baş rola çəkilmişəm. Maraqlı idi. Əgər yenidən belə bir təklif olsa, razılaşaram. Amma təbii ki, futbol oynamağıma mane olmamaq şərtilə” – deyə, Abışov açıqlamasında bildirib.
