4 aprel 2011 15:48

Rauf Əliyev: Biz hətta meydanı tərk etmək istəyirdik

Milli komandamızın və “Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 25-ci turunun “Neftçi” ilə oyunundan, zədəsindən, Rövşən Əhmədovun idarəçiliyindən cə “Xəzər Lənkəran”la qarşıdakı görüşdən danışıb.
 
- “Neftçi” ilə oyunda zədələnərək, oyunu davam etdirə bilmədiniz. Nə baş verdi?
- Qapıya zərbə endirəndən sonra qazona düşdüm. Elə həmin anda da rəqib oyunçudan zərbə aldım. Onun ayağı mənim gözümə dəydi. Bundan əlavə gözümə torpaq parçası da düşdüyündən bərk ağrımağa başladı. Buna görə də həkimlərin köməyinə ehtiyac duydum. Gözümdə hələ də ağrılar var. Ona görə hələ də məşqlərə qatıla bilmirəm.
 
- Nə vaxt yaşıl meydana qayıdacsız?
- Həkimlər dedi ki, 2-3 gün evdə istirahət etməliyəm. Tezliklə məşqlərə dönmək istəyirəm. İndi “Qarabağ”a kömək lazımdı. Özü də “Neftçi”yə belə məğlubiyyətdən sonra. Axı bizi qarşıda “Xəzər Lənkəran”la duel gözləyir. Məşqlərə nə vaxt qayıdacağımı bilməsəm də, lənkəranlılara qarşı oynamağı çox istəyirəm.
 
- “Neftçi”yə məğlubiyyətin səbəblərini nədə görürsüz?
- Bilirsiz, istəmirəm ki, indi deyəcəyim sözləri uduzduğumuz üçün dediyim başa düşülsün. Sadəcə, “Qarabağ” bu oyunda iki komandaya qarşı mübarizə aparırdı. Eyni anda iki komandanı necə məğlub etmək olar? Bizə qarşı həm “Neftçi”, həm də hakimlər briqadası oynayırdı. Düzdü, ilk qolu biz öz səhvimizdən buraxdıq. Amma hakim də onlara simpatiya bəsləyirdi. Hər dəqiqə oyunu saxlayırdı.
 
- Siz qol vursaydız, oyun başqa cür ola bilərdi?
- “Qarabağ” heç nədə “Neftçi”dən zəif deyildi. Çoxlu hücumlar edirdik, qol vəziyyətləri yaradırdıq. Sadəcə onlardan yararlanmağımız lazım idi. Baş məşqçi Qurban Qurbanov demişdi ki, öz oyunumuzu oynayıb, hakimliyə fikir verməyək. Ancaq hamımız insanıq. İstər-istəməz təzyiqlər sözünü deyir. Biz hətta meydanı tərk etmək və matçın yarımçıq qalmasını istəyirdik. Bütün bunlar hamısı adamı əsəbləşdirir.
 
- “Neftçi” ilə oyun sizin üçün nə qədər vacib idi?
- Biz bu oyunda məğlubiyyətə layiq deyildik. Ancaq daha heç nə edə bilmərik. İndi aramızdakı xal fərqi yeddiyə çıxdı. Amma qarşıda daha 8 oyunumuz var. Düzdü onlarla mübarizə aparmaq çətin olacaq. Özü də qarşıda bizi XL-la oyun gözləyir. Hamı bilir ki, məğlubiyyətdən sonra oynamaq çox çətin olur. Lakin “Qarabağ”ın futbolçuları həmişə özlərinə gəlməyi və bacarığını göstərməyi bacarıb.
 
- “Neftçi” sizin 9 oyunluq qələbə seriyanıza da son qoydu...
- Bizim üçün nəticə əsasdı. Biz seriya haqda qətiyyən düşünmürdük. Axı “altılıq”da bu oyuna kimi cəmi 2 qələbə qazanmışdıq. Statistika bizi maraqlandırmır. Ən əsası odu ki, meydana çıxıb qələbə qazanaq.
 
- Bu dəfə səfərdə yendiyiniz “Xəzər Lənkəran”ı qəbul edəcəksiz...
- Son turda cənublular da xal itirib. Onlar bizim xal itkimiz sayəsində ikinci pilləyə qalxdılar. Dekabrdan sonra rəqibimizin heyətində çoxlu dəyişikliklər olub. Yeni oyunçular gəlib. Hesab edirəm ki, “Qarabağ” üçün çətin bir sınaq olacaq. Maraqlı və gərgin oyun olacaq. Bütün gücümüzlə qələbə üçün oynayacağıq. Biz artıq xal itirə bilmərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.