4 aprel 2011 16:01
Neftçi – Qarabağ matçında kuryoz olay (FOTOREPORTAJ)
Premyer Liqanın 25-ci turunun “Neftçi” – “Qarabağ” matçında kifayət qədər maraqlı və kuryoz hadisə yaşandı. Azerisport.az xəbər verir ki, qarşılaşmanın gedişində iki komandanın üzvünün mübarizəsi zamanı hakim yerə yıxılıb.
Bu hadisə qarşılaşmanın birinci hissəsində yaşanıb. “Neftçi”nin sol cinah müdafiəçisi Alessandro rəqib oyunçu Əfran İsmayılovla mübarizə zamanı meydanın kənarına yıxılıb. Bu zaman hadisənin yaxınlığında olan yan xətt hakimi Ramiz Əsədova toxunan braziliyalı futbolçu onun da yerə yıxılmasına səbəb olub.
