4 aprel 2011 16:33
Alan Hansen: Foqts əla məşqçidi, amma...
Şotlandiya futbolunun tanınmış simalarından olan veteran futbolçu Alan Hansen millimizin baş məşqçisi Berti Foqts haqqında maraqlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, “The Telegraph” nəşrinə açıqlamasında ölkəsinin yığmasına da rəhbərlik etmiş Foqtsun vaxtilə ən yaxşı oyunçulardan biri olduğu kimi, yaxşı da məşqçi olduğunu düşünür:
“Lakin Foqts əla məşqçi olsa da, heç vaxt yerli futbolçuların mentalitetini başa düşmür. Məsələn, ondan sonra gələn Volter Smit məhz Foqtsun çalışdırdığı futbolçularla tam fərqli oyun sərgiləməyə başladı”.
