4 aprel 2011 17:19
Qana yığmasının qapıçısı: Azərbaycan klubu ilimə 200 min avro təklif edirdi
Qana yığmasının qapıçısı Uilyam Amamu Azərbaycan klublarının birindən dəvət alsa da, bunu qəbul etməyib. Azerisport.az xəbər verir ki, o, bu haqda açıqlamasında bunları dilə gətirib:
“Mənə Azərbaycan klublarının birindən təklif gəlsə də, qəbul etmədim. Halbuki, mənim ilimə 200 000 avro təklif edirdilər. Həmçinin Malta “Floriana”sı da məni heyətində görmək istəyirdi. Amma mən bu təkliflərin heç birini qəbul etmədim”.
Qeyd edək ki, bu futbolçu hazırda İsraildə top qovur.
Qeyd edək ki, bu futbolçu hazırda İsraildə top qovur.
