4 aprel 2011 17:39
Madrid Real`ının sabiq baş məşqçisi İran yığmasında
Xeyli müddəti ki, özünə yeni baş məşqçi axtaran İran yığması nəhayət bu istəyini reallaşdırıb. Belə ki, cənub qonşularımız bir müddət öncə təklif göndərsə də, rədd cavabı aldığı Karluş Keyruşla təkrar danışıqlardan sonra nəhayət, onu razı sala bilib.
İran mətbuatının informasiyasına görə, artıq Tehrana gələn portuqaliyalı mütəxəssis danışıqlar zamanı qarşı tərəfin 3,5 illik müqaviləsini qəbul edib. Onun bu sözləşmə qarşılığında ilinə 2 milyon ABŞ dolları alması gözlənilir.
Qeyd edək ki, Portuqaliya və Cənubi Afrika Respublikası kimi yığmalarla yanaşı, Madrid “Real”ının da sükanı arxasında çalışmış Keyruş ilk hədəfinin İranla Braziliyada düzənlənəcək olan DÇ-2014-ə getmək olduğunu dilə gətirib.
