4 aprel 2011 18:28
Zepp Blatterin Bakıya gəlişi baş tutmaya bilər
FIFA prezidenti Zepp Blatterin Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar iyun ayında Bakıya gəlişi baş tutmaya bilər. Azerisport.az xəbər verir ki, buna həmin ayın 1-də baş tutacaq dünya futbol qurumuna yeni prezident seçkiləri səbəb ola bilər.
Məsələ burasındadı ki, bu günlərdə yenidən UEFA prezidenti seçilən Mişel Platinidən fərqli, onun FİFA-dakı həmkarı Blatterin bu seçkilərdə rəqibi də var. Bu isə, Asiya Futbol Konfederasiyasının rəhbəri Muhammed Bin Hammamdı.
1998-ci ildən etibarən FIFA prezidenti Blatterin yenə postuna qalması daha inandırıcı görünsə də, hər halda fərqli nəticə də qeydə alına bilər. Çünki Hammamın da az səs toplamayacağı proqnozlaşdırılır.
