4 aprel 2011 17:50
Ramiz Məmmədovun komandası autsayderə uduzdu (YENİLƏNİB)
Bu gün Qazaxıstan Superliqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı “Atırau” klubu bu dəfə səfərdə “Kaysar”la qarşılaşıb.
Maraq üçün qeyd edək ki, həmyerlilərimizin komandası son turda dogma meydanda xal itirdiyindən, bu dəfə səfərdən qələbəylə dönməyi hədəfləmişdi. Çünki “Kaysar” Superliqanın autsayderi hesab olunurdu və sonuncu pillədə gedirdi. “Atırau” isə ilk 4 turda 1 qələbə, 2 heç-heçə və 1 yenilgiylə 6-cı pillədə qərarlaşmışdı.
Lakin Məmmədovun yetirmələri bu qarşılaşmadan gözlənilməz məğlubiyyətlə ayrılıb. Fasilədən sonra buraxılan bir qol həlledici olub. Bu məğlubiyyət nəticəsində həmyerlilərimizin komandası 8-ci pilləyə yuvarlanıb.
Qazaxıstan Superliqası
5-ci tur
4 aprel
KAYSAR - ATIRAU - 1:0 (0:0)
Qol: Maksim, 75.
