4 aprel 2011 11:25

Flavinyo: Neftçi çempionluğa yaxındı

“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyo komandasının “Qarabağ” üzərində qazandığı qələbədən sonra (2:0) azerisport.az saytının suallarını cavablandırıb.
 
- Siz “Qarabağ”ın 9oyunluq qələbə seriyasına son qoya bildiz. Təəssüratlarınız necədi?
- Düzünü deyim ki, mən onların bu qələbə seriyasına görə çox narahat idim. Artıq mənə məlum oldu ki, onlar niyə hamını ardıcıl məğlub edirmişlər. Bizə də onlarla oyun çox çətin alındı. “Qarabağ” çox sıx oynayır.
 
- “Neftçi” artıq 4-cü dəqiqədə hesabı açan kimi üstünlüyü rəqibə verdi. Bu həddən artıq riskli deyildi ki?
- Bu qəsdən atılmış addım idi. Öz qapımızın toxunulmazlığını saxlamaq və üstünlüyümüzü qorumaq çox vacib idi. Qol buraxmaq istəmirdik.
 
- Ağdamlılar sizlə elə də ciddi rəqabət apara bilmədilər...
- Bizim ikinci qolumuz vurulana kimi heç də asan deyildi. Ola bilər ki, qol vəziyyətlərinin keyfiyyətinə görə onlar elə də effektli görünmürdü. Amma meydanda onlarla mübarizə aparmaq heç də asan deyildi.
 
- Siz hər oyunda qol vurmağa davam edirsiz. Bahodir Nasimovu qabaqlamağa qərar verməmisiz?
- Bu haqda düşünmürəm. Amma qol vurmağa davam etmək istəyirəm. Hələlik hesabımda 8 qol var. Amma mövsümün sonuna kimi yəqin 15 qol həddinə çata bilərəm.

- Artıq komandanız ən yaxın izləyicisi “Xəzər Lənkəran”ı 6 xal qabaqlayır...
- “Xəzər Lənkəran” bizdən 7 xal geridə olan “Qarabağ”ı da hesabdan silməməlidi. Mümkündü ki, onlar yeni bir seriyaya başlamış olsunlar. Biz də öz növbəmizdə ən azı bu üstünlüyümüzü qorumalı, ya da fərqi artırmalıyıq. İstənilən halda çempionluğa yaxınıq.
 
- Nə qədər?
100 faiz olmasa da, buna yaxındı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.