4 aprel 2011 11:34
Portuqaliyanın yeni çempionu müəyyənləşdi
Portuqaliyanın yeni çempionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, Superliqanın 25-ci həftəsində səfərdə “Benfica” üzərində qazanılan 2:1 hesablı qələbə “Porto”nun yeni mövsümün çempionu adını qazanması ilə nəticələnib.
Qeyd edək ki, portulular bu uğura hələ mövsümün başa çatmasına 5 tur qalmış imza atıblar. Artıq qalan 5 oyun isə sözügedən komanda üçün tam formal xarakter daşımış olacaq.
Sonda onu da qeyd edək ki, “Porto”, bu nəticə ilə Portuqaliya Superliqasında 25-ci çempionluğunu elan etmiş oldu.
