4 aprel 2011 12:31
Neftçiyə uduzdu, XL-la oyunun hazırlıqlarına dərhal başladı
“Qarabağ” Premyer Liqanın 26-cı turunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, dünən “Neftçi”ylə qarşılaşan və 2 cavabsız qolla məğlub olan komanda bu oyundan sonra hazırlıqlara ara verməyib.
Aprelin 10-da “Xəzər Lənkəran”ı qəbul edəcək Ağdam təmsilçisinin bugünkü proqramında tək məşq var idi. “Sərin” kompleksindəki məşq bərpaedici xarakter daşıyırdı. Bakılılarla oyunda 90 dəqiqə meydanda olanlar yüngül qaçışla kifayətləniblər. Digər futbolçular isə 90 dəqiqə məşq ediblər. Sabah isə komanda üzvləri istirahət edəcəklər.
