5 aprel 2011 13:03
FİFA nümayəndələri yenidən Bakıda (FOTOLAR)
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatına hazırlıqla bağlı FİFA nümayəndələri Neriko Digs və Metyu Hardinq Bakıda səfərdədirlər. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında U-17 qızlar arasında DÇ-2012-nin yerli Təşkilat Komitəsi ilə FİFA nümayəndələri arasında görüş keçirilib.
Təşkilat Komitəsinin sədri Elxan Məmmədov dünya çempionatına hazırlıqla bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Aprelin 8-ə qədər davam edəcək səfər proqramı çərçivəsində beynəlxalq futbol qurumunun nümayəndələri ölkəmizdəki otellərin vəziyyəti, otellər arasındakı məsafə, həmçinin yollar barədə məlumat toplayacaqlar. Bununla əlaqədar onlar ölkəmizdəki müvafiq otellərə baxış keçirəcəklər.
