5 aprel 2011 13:41
UEFA Qazaxıstan – Azərbaycan matçının vaxtını açıqladı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının keçirəcəyi növbəti oyunun vaxtı müəyyənləşib. Azerisport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizin Qazaxıstan yığması ilə keçirəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu iyunun 3-də, Astana şəhərindəki «Astana Arena»da keçiriləcək.
