5 aprel 2011 14:11

Kvirtiya İnter`i ələ saldı: Axı nə qədər AZAL-a uduzmaq olar?

AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya azerisport.az saytına müsahibəsində Premyer Liqanın 25-ci turunun “İnter”lə oyununda qazandıqları minimal hesablı qələbədən danışıb.
 
- AZAL yenə çempiona qalib gəldi və hətta turnir cədvəlində onu qabaqladı...
- Bizim üçün bu qarşılaşma çox vacib əhəmiyyət daşıyırdı. Turnir cədvəlindəki vəziyyətimiz də bizdən ancaq qələbə tələb edirdi. Çətin oyun alındı. Necə də olmasa son ölkə çempionu, “Birlik Kuboku”nun qalibi ilə qarşılaşırdıq. Amma biz buna qədər də “İnter”ə qalib gəlmişdik və bunu necə etmək lazım olduğunu bilirdik.
 
- Qələbəyə baxmayaraq, komandanızın oyunu heç də ürəkaçan olmadı...
- Qalibləri mühakimə etmirlər. Əgər nəticə varsa, deməli hər şey yaxşı alınıb. Baxmayaraq ki, səhvlərimiz də var idi və onlar üzərində çalışacağıq. Digər tərəfdən rəqibimiz də revanş götürməyə çalışırdı. Hətta mən də onların əvəzində bunu düşünürdüm. Axı nə qədər AZAL-a uduzmaq olar?
 
- Sizin “İnter”ə qarşı belə uğurlu oyunlarınızın səbəbi nədədi?
- Sizə dəqiq heç nə deyə bilmərəm. Bu, daha çox psixoloji hazırlıqla bağlıdı. Məsələn, biz “Xəzər Lənkəran”a çox tez-tez uduzurduq. Amma ötən turlarda onlarla oyunlardakı uğursuz seriyaya son qoyduq. “İnter” də bizi udmaq üçün çox çalışmalıdı.

- Artıq indidən demək olar ki, “İnter”i kubokda da mübarizədən kənarlaşdıracaqsız?
- Bunu indidən dəqiq söyləmək olmaz. Bu düşüncəylə уaşamaq lazım deyil. Avrokuboklara kubokdan yollanmaq daha asandı. Bu üzdən də biz “bankirlər”i keçməyə borcluyuq.

- Premyer Liqada sizi avrokuboklardan 6 xal ayırır. Bu fərqi aradan qaldıra biləcəksiz?
- Son tura kimi “Qarabağ” 9 oyunluq qələbə seriyasına malik idi. “Neftçi” ilə oyunda düşünürdüm ki, onlar ən azı heç-heçəyə oynayacaqlar. Lakin bunu bacarmadılar. İndi onlarla 6 xallıq fərqimiz var ki, bu, cəmi 2 qələbə edir. Biz hətta bütün oyunlarımızda qələbə qazansaq belə, heç kim təminat verə bilməz ki, “Qarabağ” da o qədər xal itirəcək. Hər şey sonda bilinəcək.
 
- Ümumiyyətlə, turnir cədvəlindəki 4-cü yer sizi qane edir?
- Bizim qarşımıza 3-cü yeri tutmaq vəzifəsi qoyulub. Əgər 4-cü yer də bizi Avropa Liqasına aparacaqsa, onda bu nəticənin bizi qane edəcəyini deyə bilərəm. Ancaq bununla yanaşı medallardan da birinə sahib çıxmağımız pis olmazdı.
 
- Son oyunda qələbə qolunu siz vurduz. Amma ölkəmizdə sizinlə yanaşı xeyli sayda gürcü futbolçu çıxış edir. Kimi ölkənizin ən yaxşı futbolçusu hesab edirsiz?
- Mən özümü tərifləyə bilmərəm. Amma özüm Georgi Adamiyanı ən yaxşı hesab edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.