5 aprel 2011 14:24
Neftçi və Qarabağ azarkeşlərinə görə ziyana düşdü
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, keçirilən iclasda aparılan müzakirələrdən sonra Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 25-ci turunun “Qəbələ” – “Gəncə” matçı başa çatdıqdan sonra “Qəbələ”nin futbolçusu Yaşar Abuzərov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.
MOİK – “Muğan” matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində “Muğan”ın futbolçusu Anxel Qutyerres simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” matçı keçrilən stadionda hər iki klubun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Belə ki, “Qarabağ”ın azarkeşləri tərəfindən 152 oturacaq, “Neftçi”nin azarkeşləri tərəfindən 163 oturacağın sındırıldığı aşkar edilin. Bu səbəbdən də hər iki klub dəymiş zərərə uyğun olaraq T. Bəhramov adına Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
